İzahlı lüğət

PARTLATMAQ

f 1. Partlayış nəticəsində dağıtmaq, parçalamaq. Dağı partlatmaq.
[frəngiz:] Qabağı kəsən, mane olan sal qayaları necə də partladıb dərəyə endirirlər. B.Bayramov. // Partlayış əmələ gətirib dağıtmaq, məhv etmək. Düşmən gəmisinipartlatmaq. Elektrik stansiyasını partlatmaq.
məc. Güllə ilə vurub öldürmək. [Sərvər:] Qol qoy, yoxsa partladaram səni! Ü.Hacıbəyov. Partlamasına səbəb olmaq (şin və s. haqqında). Şinipartlatmaq. Voleybol topunu partlatmaq.
Yarıq-yarıq etmək, üzərində dərin çatlar əmələ gətirmək; çatlatmaq. Şaxta dərisini partlatdı. Yağış narları partlatdı. // məc. Daxili əzab vermək, incitmək, üzüntü vermək (adətən “ürəyini” , “başmı” sözləri ilə). Haqsızlıq adamı partladır. - [İncə:] Dursun dayı, anlat ki, mən müqəssir deyiləm, mənim ürəyimi partlatmasınlar. C.Cabbarlı. Beynimdəki qara fikirlər başımı partlatmaq istəyirdi. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

PAN

PUL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed