İzahlı lüğət

PARTLAMAQ

f 1. Partlama nəticəsində hissələrə ayrılmaq, parçalanmaq, xıncımxıncım olmaq, qəlpələnmək. Bomba partladı. Körpü minadan partladı. - Səfər və Tanrıverdi .. başlarını aşağı dikərək baxırkən quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. A.Şaiq. ..Cəlalgilin yurdunda mina partladı.. S.Vəliyev.
Açılmaq (silah haqqında). Tapança partlar, Əşrəfin sol qolu yaralanar. H.Cavid. Bu mükalimə arasında Kəyan lap qulağının dibində bir neçə güllə partladığını eşitdi. Ə.Əbülhəsən.
Deşilmək, cırılmaq (içi hava ilə dolu və ya boş şeylər haqqında). Futbol topu partladı. - [Tahir:] Maşınımın təkərinin kamerası partlamışdı, dəyişdirib təzəsini taxanacan şər qarışdı. M.Hüseyn.
Çatlamaq, üzərində çatlaqlar əmələ gəlmək, cadar-cadar olmaq, parçalanmaq (bir şeyin qabığı, səthi, üzü). ..Ağaclarda partlamış (f.sif.) narların hər dənəsi .. qızarıb şəfəq verirdi. Çəmənzəminli. Dodaq cadarcadar olub partlayırdı. S.Rəhimov.
məc. Adətən “hirsindən” , “acığından” və s. sözlərlə - bərk hirslənmək, coşmaq, acıqlanmaq, qəzəblənmək. Sarı Musa acığından partlayırdı. A.Şaiq. Bünyad Xəlilov qəzəbindən partlamaq dərəcəsinə gəldi. M.Hüseyn. // məc. Parçalanmaq (ürək haqqında). [Alı:] Bu qara xəbərdən partlayır ürək; Getmir boğazımdan nə su, nə çörək. S.Rüstəm. // məc. Hirsindən özünü saxlaya bilməyib demək. Cavan gəlin partlayıb bir sual verdi.. S.Rəhimov. Səlminaz arvad böyürdən partladı.. M.Hüseyn.
məc. dan. Paxıllıq etmək, dargözlük etmək, gözü götürməmək, acıq çəkmək. [Rüstəm:] Camaatımız dargözdür, biri irəli gedəndə partlayırlar, ağızlarına nə gəldi deyirlər. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed