PARTİYA[fr.] 1. Bir sinfin, siyasi təşkilat şəklində birləşmiş, öz sinfi mənafeyini ifadə və başqa siniflərlə mübarizəsinə rəhbərlik edən hissəsi. Siyasi partiyalar.
Adətən böyük miqdarda olan şey, mal və s. Bir partiya mal. Yükləri partiyalarla göndərmək. Çoxsəsli musiqi əsərinin bir oxuyan və ya bir alət tərəfindən ifa olunan hissəsi. “Koroğlu” operasından Nigarın partiyası. Skripka partiyası. - Partiya - musiqi ansamblında (orkestrdə, xorda, opera əsərlərində, trioda və s.) iştirak edənlərdən hər biri üçün yazılmış musiqidir. Ə.Bədəlbəyli. // Belə hissənin notları. // Operada solo rolu. Əvvəldən axıra qədər şahmat, kart və s. oyunu. Bir partiya oynamaq. Üçüncü partiyanı udmaq. Dama partiyası. Paylaşın - Hamı bilsin
|