PALÇIQis. 1. İslanaraq horra halına gəlmiş torpaq. Ayaqqabılarını palçığa batırmaq.
..Yolun palçığından tərpənmək olmayırdı. Ə.Haqverdiyev. Müalicə məqsədilə istifadə olunan dəniz, yaxud çay lili və ya tərkibində müxtəlif üzvi maddələr olan neft, su ilə torpaqdan ibarət zığ. Naftalan palçığı. Keçmişdə bədəndəki tükləri aparmaq üçün işlənən mürəkkəb tərkibli maddə. Suda həll olunmuş sement, əhəng, gil və qum qatışığından ibarət qatı maye (tikintidə yapışdırıcı maddə və mala çəkmək üçün işlədilir). Palçıq tutmaq. Gil palçığı. - [Rza:] Palçıq divarların içindəki həyətimiz uzun bir dərəyə oxşayırdı. M.İbrahimov. □ Palçıq yaxmaq (atmaq) - şər atmaq, ləkə vurmaq, böhtan atmaq. Paylaşın - Hamı bilsin
|