PATRONDAŞ[alm. patrontasche] Tüfəng və tapança patronlarını qoymaq üçün yuvacıqları (gözləri) olan kəmər. [İmamverdi:] A kişi, patrondaş hanı? Yalandan küyə basmışdım. C.Cabbarlı. Fərman evə girdi, tüfəngini, patrondaşını çıxardıb, divardakı mıxdan asdı. Ə.Abasov.
Paylaşın - Hamı bilsin
|