İzahlı lüğət

PARLAQ

sif. 1. Parıldayan, işıq verən, işıldayan, işaran, parıltılı. Parlaq günəş. - Atabala .. parlaq şimal ulduzuna doğru yol aldılar. Mir Cəlal. Parlaq günün şöləsində; Gah yüyürür, gah dururdu. N.Rəfibəyli. // İşıqlı, ziyadar. Ancaq sol tərəfdə vağzalın çıraqları parlaq (z.) görünürdü. S.M.Qənizadə. // Şəffaf və bərraq, parıldayan, bərq vuran, saf. Parlaq şeh. Parlaq şüşə. Parlaq su.
2. məc. Çox gözəl, əla, çox görkəmli, unudulmaz, əvəzsiz. Parlaq istedad. Parlaq sima.
[Alp Arslan:] Burda, yox şübhə ki, Xəyyam ikidir; Biri alim, biri parlaq şair. H.Cavid. // məc. Çox böyük, müvəffəqiyyətli, şanlı. Parlaq qələbə. Parlaq nailiyyət. Vətənpərvərliyin parlaq nümunəsi. // məc. Möhtəşəm, təntənəli, calallı, büsatlı. Parlaq ziyafət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed