PEÇ[rus.] is. Binaları qızdırmaq, üstündə xörək bişirmək və s. məqsədlər üçün kərpicdən, metaldan düzəldilmiş qurğu; soba. [Gülsənəm] ..otağın düz ortasında qoyulmuş dəmir peçi qaladı. M.Hüseyn. Peçin üstündə anasının çoxdan bəri qoyduğu qazançadan qalxan qızartma iyi Gülyazı məst elədi. Q.İlkin.
Paylaşın - Hamı bilsin
|