POETİKsif [yun.] 1. Poeziya ilə bağlı olan, poeziya ilə əlaqədar olan; bədii. Poetik əsər. // Poeziyaya xas olan; şairanə. Poetik gözəllik. Poetik nitq. Yazıçı poetik dilə malik olmalıdır.
Yaradıcılıq istedadı ilə, şairlik qabiliyyəti ilə bağlı olan; bədii. Poetik istedad. Poetik təb. Estetik tələblərə cavab verən; gözəl, estetik, incə. [Q.Primovun] çaldığı musiqidə ən kiçik melodik cümlə, ən xırda guşə, ən balaca ibarə belə özlüyündə çox zərif çox incə bir poetik məna kəsb edir. Ə.Bədəlbəyli. Paylaşın - Hamı bilsin
|