POÇT(A)[pol. poczta, əsli ital.] 1. Adresatlara pul, məktub və s. göndərməklə məşğul olan rabitə idarəsi və həmin idarənin yerləşdiyi bina. Poçt işçiləri. Poçt binası. - Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım... C.Məmmədquluzadə.
Həmin idarə vasitəsilə alınan məktub, bağlama və s. Poçtu nəzərdən keçirmək. - Qız, bu nədir, bu nəpoçtadır belə? - deyə Zahidoğlu təəccüblə soruşdu. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|