PƏJMÜRDƏsif. [fars.] Üzünün rəngi qaçmış, solğun, pərişan, halı pozğun. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun?! H.Cavid. Otaqdan qarasifət, dolaşıq saçlı, pəjmürdə bir qadın çıxıb balkonda durdu. Çəmənzəminli. Məşədi İbad pərişan və pəjmürdə bir hal ilə küçədə vaqe olur. Ü.Hacıbəyov.
Paylaşın - Hamı bilsin
|