İzahlı lüğət

PEYVƏND

is. [fars.] 1. k.t. Müəyyən xüsusiyyət vermək üçün bir bitki gözcük və ya saplağının başqa bitkiyə calanması; qələm, calaq. □ Peyvənd etmək (vurmaq) - qələm etmək, calamaq. Vurduq ağaclara biz peyvənd, calaq. M.Seyidzadə.
tib. Hər hansı bir xəstəliyin qarşısını almaq və ya onu zəiflətmək məqsədilə bədənə vaksin yeritmə. Qızılcaya qarşı peyvənd. Peyvənd etmək (vurmaq) - bədənə vaksin yeritmək. Uşağı peyvənd etmək.
məc. Bitişmə, canlanma. Bir şişə ki, oldu parə-parə; Peyvəndinə varmı hiç çarə? Füzuli. □ Peyvənd etmək - bir-birinə calamaq, bitişdirmək. Məryəm isə onun boynunu qucub sözlərini, sorğularını bir-birinə peyvənd edərək dedi.. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Paz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed