İzahlı lüğət

PƏNAH

is. [fars] 1. Sığınma, birinin yanına qaçıb ondan himayə və kömək istəmə. Pənah etmək (eyləmək) - 1) özü üçün sığınacaq etmək, məskən etmək. Aləmin dərdü qəmindən xəbərin yox, Seyyid; Mən ki meyxanəni illərdipənah eyləmişəm. S.Ə.Şirvani;
bax pənah aparmaq. Pənah gətirmək (aparmaq) - bir adamın yanına, bir yerə sığınaraq ondan imdad, sığınacaq istəmək. ..Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib, öz qardaşlarının evinəpənah gətirdi. C.Cabbarlı. Pənah yeri - sığınacaq, pənahgah. [Köçəri quşların] bütün pənah yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilirdilər. S.S.Axundov.
2. məc. Himayəçi, arxa, dadaçatan, istinadgah, pənahgah. Səməd üzünü Məşədi Heydərə tutub, qaş-göz elədi və Nadiri göstərərək belə bir qüvvətlipənahı olduğunu işarə etdi. B.Talıblı. □ Pənah çıxmaq - himayəsi altına almaq, qayğısını çəkmək. [Zeynəbə Qara Kərəmoğlu] bir qardaş, bir ata kimi pənah çıxdı, işə çəkdi, uşaqlarını kolxoz bağçasına aldı. M.İbrahimov. Pənah olmaq - 1) imdadına çatmaq, kömək etmək; 2) b a x pənah çıxmaq. Pənahında saxlamaq - himayə etmək, himayəsində saxlama, qayğısını çəkmək; qorumaq, hifz etmək. Hərami qaşların fitnədir karı; Onu pənahında saxlaya tarı. Q.Zakir. [Şamama Cadu:] Allah səni özpənahında saxlasın, cavan qəddini yerə vurmasın. Ə.Haqverdiyev. // məc. Ümid, dayaq. Qarı öz yeganə pənahı nəvəsini birparça çörəkpulu üçün yenə də bazara yola salmaq istəyirdi. S.Rəhimov. Körpələrinpənahısan; Anaların gözü səndə. N.Rəfibəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed