İzahlı lüğət

PEYMAN

[fars.] bax əhd 1-ci mənada. Nədən ləğv oldu peymanlar; Verildi odlu fərmanlar. M.Ə.Sabir. □ Peyman bağlamaq (etmək) - əhd bağlamaq. Ovçu vermədi aman; Toruna düşdü tərlan; Yarla peyman bağlayıb; Qoymuşam yolunda can. (Bayatı). [Vahid:] [Anam] and içib peyman elədi ki, mən iyirmi beş yaşına çatanda atam barədə hər şeyi mənə açacaqdır.. B.Bayramov. Peymanını sındırmaq (pozmaq) - əhdini sındırmaq (pozmaq). Səbəb nə oldu ki, peymanü əhdi sındırdın? X.Natəvan. Unudur verdiyi əhdi, ilqarı; Pozur peymanını tez insan oğlu. Aşıq Şəmşir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed