PADŞAHis. [fars.] 1. Hökmdar, imperator, şah, sultan. Qoy səndən kiçiklər çapsınlar, sən çapma. Yalnız böyük padşahların qarşısında ad qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər. “Qabusnamə” .
məc. dan. Yarışda, oyunda, məclisdə və s.-də başçılıq edən adama verilən ad. Yat, yat, Imamqulu! - deyə birdənpadşah çığırdı, yat, yat! Çəmənzəminli. Toy məclisidir. Qoçu Əsgərpadşah olub, yuxarı başda əyləşibdir. Ü.Hacıbəyov. Paylaşın - Hamı bilsin
|