İzahlı lüğət

PAKİZƏ

sif [fars.] 1. Bax pak. [Seyid:] Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram.. Ə.Haqverdiyev.
məc. Yaxşı, gözəl, qəşəng. [Hacı Nuru:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi. M.F.Axundzadə. Bu yaxında Məşədi Şərbətəlinin yaxşı, pakizə restoranı var. Ə.Haqverdiyev. □ Çox pakizə - çox yaxşı, çox gözəl (bir şeyi bəyənmək, yaxud bir sözü təsdiq etmək məqamında işlənir). [Soltan bəy:] Çox gözəl, çox pakizə! Balam, heç sənin insafın-zadın yoxdur? Ü.Hacıbəyov. [Rəhim bəy:] Çox gözəl, çox pakizə! Elə mənim də axtardığım beləsi idi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed