PAŞAis. köhn. Keçmiş sultan Türkiyəsində, Misirdə və bəzi başqa müsəlman Şərq ölkələrində ali əsgəri vəzifə tutan şəxslərə və mülki məmurlara verilən fəxri ünvan, titul və belə titulu olan şəxs. Hələb paşasının adamları içəri girib, Qəribi tutub apardılar.. “Aşıq Qərib” . Aslanpaşa car çəkdirib bütün camaatı meydana yığmışdı. “Koroğlu” . [Kəblə Gülü:] Nökərinin adı Kəblə Gülüdür, paşa! H.Nəzərli.
Paylaşın - Hamı bilsin
|