PASLIsif Pası olan, pas atmış; paxırlı, cəngli. Paslı qazan. - Tez-gec qırılacaqpaslı zəncirlər; Al geyib doğacaq azad bir səhər. S.Vurğun. [Otaqda] ağzından yumruq irilikdə paslı qıfil asılmış sandıq, sandığın üstündə bir cüt qara xrom çəkmə.. vardı. I.Hüseynov. // Məc. mənada. Əntiqənin səsi.. zülmət gecədə axan ulduz kimi paslı qəlblərə nur səpib tez ötər, təkrar olunmazdı. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|