İzahlı lüğət

PƏR

is. [fars.] 1. Quş tükü. Qanad (klassik ədəbiyyatda çox vaxt “pərü bal” şəklində işlənmişdir). Bilməm bu qəfəsdə nola halım; Sındırdı bəla pər ilə balım. Füzuli. Mənim şahinim də pərü balını; Gərir üfüqlərə ehtişam ilə. M.Rahim. □ Pər açmaq (vurmaq) - qanad açmaq, qanad çalmaq, uçmaq. Simurq göydə pər vurub, nər kimi nərildəyirdi. (Nağıl).
Bax qanad 4-cü mənada. Suyun şəffaflığından dənizin dibi görünürdü: məxmər kimi yaşıl yosun, xırda və iri daşlar, üz-üzə pərlərini geniş açıb oynaşan balıqlar.. M.Süleymanov. Müxtəlif maşın və qurğuların fırlanan hissəsi, qanadı. Yeldəyirmanın pəri. Ventilyatorun pəri. Təyyarənin pəri. - Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Mir Cəlal. // Dəyirman çarxının üzərinə su tökülüb hərəkətə gətirilən hissəsi. Novdan lülələnib çıxan qüvvətli su qocanın qayırmış olduğu bir cüt dəyirman daşının pərinə çırpılırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

PAT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed