PƏRÇIMis. İki şeyi bir-birinə bağlamaq (bənd edib bərkitmək) üçün metal mil və onun döyülüb yastılanan ucu. □ Pərçim etmək (eləmək)- 1) bax pərçimləmək; 2) sıx bir yerə təpilmək, soxulmaq, girmək. Kəklik .. özünü bir kola pərçim elədi. B.Bayramov. Pərçim olmaq - 1) sığışmadığı dar bir yerə təpilərək heç bir yana dönə və ya çıxa bilməmək, sıxılıb qalmaq. Dar paltar geyəndə adam pərçim olur. Stoluna pərçim olmuş stolbazı; tanı, fəqət saya salma. X.Rza; 2) bir şeyin içinə girmək, sancılmaq, sancılıb qalmaq, ilişmək, ilişib qalmaq. Hirslə şığıyan tərlanın ürəyindən pərçim olan iti qələmənin neştər ucu onun kürəyindən çıxmışdı. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|