PƏRDİis. Damın üstünə, taxta və ya küləşin altına qoyulan tir. Nazik pərdi. Damın pərdisi çürümüşdür. - Külək əsir, şaxta kəsir; Pərdilərdən asılmışdır sırsıralar. R.Rza. Pərdiləri və taxtaları hisdən qapqara olan tavandan asılmış yeddilik lampa .. buranı çox pis işıqlandırırdı. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|