PİŞTAXTAis. [fars.] Mağazada, dükanda satıcı ilə alıcını bir-birindən ayıran, üstündə mal göstərilən və buraxılan, qabaq tərəfi bağlı uzun stol. [Əmirmərduq:] Dərzi malı piştaxtanın üstünə qoyub açdı, qayçını götürdü və birdən bir şərqi oxudu. Çəmənzəminli. İlyas piştaxtanın üstündən əyilib, divardakı paltarlara diqqətlə baxdı. Mir Cəlal. // Bazarda, bufetdə və s.-də üstündə şey satmaq üçün xüsusi stol. Göyərtini piştaxtanın üzərinə düzmək.
Paylaşın - Hamı bilsin
|