PIŞVAZis. [fars.] Gələn adamı qarşılama, qabağına çıxma. Hədiyyə də pişvaza gələnlər içərisində idi. Mir Cəlal. □ Pişvaz etmək gələn adamı qarşılamaq, qabağına çıxmaq. Mən qonaqların qabağına çıxıb sidqi-ürəkdən onları pişvaz edirdim. C.Məmmədquluzadə. Aşıq Cəlal qoca ustadını böyük bir hörmət və sevincləpişvaz etdi. Ə.Məmmədxanlı. Pişvaza çıxmaq- b ax pişvaz etmək. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza çıxdı. (Nağıl). [Hacı Nəsir:] Gülpəri.. gərək sənin pişvazına çıxılaydı, şadlıq olunaydı. S.S.Axundov.
piti is. Hər adam üçün ayrı-ayrı güvəclərdə bişirilən bozbaş. Piti bişirmək. - [Ümid:] [Hətəmovun] yağlı pitisi olmasa, canı dinclik tapmaz. B.Bayramov. Paylaşın - Hamı bilsin
|