PIYADA[fars.] zərf 1. Miniklə deyil, ayaqları ilə. Piyada yola düşmək. Piyada yollanmaq. - Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək istədi. Çəmənzəminli. [Səkinə:] Yox, Əlabbas, sən sür, mən piyada gedəcəyəm. H.Seyidbəyli.
sif Ayaqla gedilən, ayaqla icra edilən. Piyada marş. Piyada kross. is. Miniklə yox, öz ayaqları ilə gedən adam. Piyadalar üçün keçid. Küçədəpiyadaların gediş-gəlişini tənzim etmək. - Sən atlısan, mən piyada; Öldürəcək bu qəm məni! Aşıq Ələsgər. is. Piyada hərəkət edən və döyüşən qoşun növü. Piyadada xidmət etmək. // is. Həmin qoşun növündə xidmət edən əsgər. Irəlidə piyadalar çarpışır. H.Nəzərli. Piyadalarımız Üçtəpəyə iki kilometr qalmış dayandı. Ə.Vəliyev. is. Şahmat oyununda dəyərcə ən aşağı fiqur. Piyada ilə oyuna başlamaq. Piyadanı uduzmaq. - Şahmatda hər bir oyunçunun bir şahı, iki vəziri, iki topu, iki fili, iki atı və səkkiz piyadası olur. məc. sif Kəmsavad, azsavadlı, bilik cəhətdən çox kasıb. Piyada adam. - [Xəlil Şahmara:] Yaxşı, yaxşı, elə sən də mənim kimi piyadasan, çox da qürrələnmə. M.Hüseyn. □ Piyada çəyirtkə zool. - adi çəyirtkədən kiçik, qanadsız çəyirtkə. Paylaşın - Hamı bilsin
|