PORTFEL[fr.] Kitab, dəftər, kağız qoymaq üçün əldə gəzdirilə bilən dəstəli çanta. Dəri portfel. Qara portfel. - Qoltuqlarında kağız qovluğu və ya portfel olan çinovniklər, vəkillər girib-çıxırdılar. T.Ş.Simurq. Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxardı. M.İbrahimov.
□ Nazir portfeli - nazir vəzifəsi. Redaksiya portfeli - bir redaksiyanın, nəşriyyatın çap olunmaq üçün qəbul etmiş olduğu əlyazmalarının hamısı bir yerdə. Paylaşın - Hamı bilsin
|