POZĞUNLUQis. 1. Əxlaqsızlıq, mənən pozulmuş adamın hal və keyfiyyəti. [Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn.
Nizamsızlıq, qarışıqlıq, pərakəndəlik, ixtilaf, pərtlik, dilxorluq. Məclisə pozğunluq düşmək. - ..Süfrə başında pozğunluq yaratmaq istəmədim. M.S.Ordubadi. // Məğlubiyyət, yenilmə. Pozğunluğa uğramaq. Pərişanlıq, xarablıq. Əhvalın pozğunluğu. - Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda Mirzə dedi: - Nə eləyim, ay arvad. Bu gün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|