PUL-PULzərf Xırda pul kimi. □ Pul-pul olmaq - 1) xırda-xırda doğranmaq, tikə-tikə olmaq, parçalanmaq; sınmaq. Kərpic yarı yoldan yerə düşüb pul-pul oldu. S.Rəhimov. Avtomobilin şüşələri pul-pul olub yerə töküldü. P.Makulu; 2) qızarmaq (istidən, xəcalətdən, hirsdən və s.-dən). Üzüpul-pul olub.
Paylaşın - Hamı bilsin
|