PULLUsif. 1. Varlı, dövlətli, zəngin. Pullu adam. - [Molla Salman:] Əyərçi nəqd pulunuz yoxdur, amma mənpullu Hacı Rəhim ilə dostam.. M.F.Axundzadə. [Həmzə:] [Siratın] birinci düşməni pullu qohumlarıdır. Ə.Əbülhəsən. // İs. mənasında. Şeyxə, bəyə, pulluya sarmaşmayın; Qışdı deyib, bunca qırıldaşmayın. Ə.Nəzmi.
Əvəzində pul verilən (alınan), pulla olan. Pullu məktəb. Pullu tamaşa. Üzərində pul (3-cü mənada) olan, pulla örtülü; pulcuqlu, ağcalı. Pullu balıq. Paylaşın - Hamı bilsin
|