PUTYOVKA[rus.] 1. Bir yerə (məs.: sanatoriyaya, istirahət evinə, kursa və s.) göndərilən adama verilən rəsmi vəsiqə; yol vərəqəsi. [Gənclərin] içlərində.. putyovka ilə gəlmiş texnikum və ali məktəb tələbələri də çoxdur. M.İbrahimov. [Cavadov] kassanı açıb, putyovkaları [Sərdarlıya] uzatdı. Q.İlkin.
2. xüs. Sürücüyə, şoferə və b. verilən və nəqliyyatın marşrutu və görəcəyi işi göstərilən vərəqə. Sürücünün putyovkasını yoxlamaq. Paylaşın - Hamı bilsin
|