QABis. 1. İçərisinə şey qoymaq və ya içərisində şey saxlamaq üçün məişət avadanlığı. Saat qabı. Şeyləri qoymaq üçün qab lazımdır. - Qəzəl qurtarmayır, çatmayır sona; Qoyub qələmini davat qabına.. B.Vahabzadə. // dan. Çuval, torba, kisə, yeşik və s. Buğdanı bir qaba tök.
2. İçərisinə yemək qoyulan, yemək tökülən boşqab, mətbəx əşyası və s. Şorbanı qablara tökmək - [Cahandar ağa:] Ay bacı, atan ehsanına bir qab su ver, içim.. İ.Şıxlı. □ Qabına sığmamaq - 1) səbirsizlik göstərmək, özündən çıxmaq (şadlıqdan); 2) güvənmək, lovğalanmaq, qürrələnmək. Qabında bir şey olmamaq - elmsiz, məlumatsız, biliksiz, qabiliyyətsiz, bacarıqsız adam haqqında. Görünüşünə baxma, qabında bir şey yoxdur. Qabını çatlatmaq - həddini ötüb keçmək, cığırını aşmaq, daşıb dağılmaq. Sirkə tünd olsa, öz qabını çatladar. (Ata. sözü). Paylaşın - Hamı bilsin
|