Q (ID - 22850)Azərbaycan əlifbasının on yeddinci hərfi. bax qe.
|
QA (ID - 22851)təql. Qarğanın çıxardığı səs. Böylə sözdən fərəhlənib qarğa; Ağzını açdı, ta ki etsin qa! M.Ə.Sabir.
|
QAAN (ID - 22852)is. tar. Türk, monqol və tatar xanları üçün “hökmdarlar hökmdarı” mənasında işlədilən ünvan; xaqan.
|
QAB (ID - 22853)is. 1. İçərisinə şey qoymaq və ya içərisində şey saxlamaq üçün məişət avadanlığı. Saat qabı. Şeyləri qoymaq üçün qab lazımdır. - Qəzəl qurtarmayır, çatmayır sona; Qoyub qələmini davat qabına.. B.Vahabzadə. // dan. Çuval,...
|
QABA (ID - 22854)sif. 1. Kobud, sərt, cod. Qaba yun. Qaba parça. Qaba mahud. Qaba yem.
2. Qeyri-mədəni, ədəbsiz, nəzakətsiz, kobud; tərbiyəyə zidd. Qaba söz. Qaba zarafat. Qaba hərəkət. Qaba rəftar. Qaba (z.) danışmaq. - [Feldşer] çox uzunçu, lağlağı,... |
QABAĞARDAN (ID - 22855)is. dan. Qalayçı.
|
QABAQ1 (ID - 22856)is. 1. bot. Qarpız, qovun və xiyar cinsindən, yerə yayılan iriyarpaqlı bir bitkinin uzunsov, ya girdə, sarımtıl və ya yaşıl meyvəsi; balqabaq, kudu. Qabaq tağı şamama verməz. (Ata. sözü).
məc. dan. Dadsız, tamsız qovun, qarpız... |
QABAQ2 (ID - 22857)1. zərf Əvvəl, irəli. Üç gün bundan qabaq gəlmişəm. - Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdamdan Bakıya köçürmüşəm. C.Məmmədquluzadə. Məmməd şirin səhər yuxusuna xələl qatar, işə vaxtından da...
|
QABAQCA (ID - 22858)zərfi Əvvəlcə, əvvəldən, irəlicə, irəlidən. Mən qabaqca söyləmişdim. Qabaqca hazırlaşmaq lazımdır. - Qabaqca Münəvvər xanım anası ilə görüşürdü: - Ana, salamat qal! Yenə tezliklə sənin ziyarətinə gələrəm. M.S.Ordubadi....
|
QABAQCADAN (ID - 22859)zərf Qabaqdan, əvvəldən, irəlicədən. Qabaqcadan şərtldşmək. Qabaqcadan xəbər vermək. - Mən bir az tez gəldim ki, qabaqcadan sizi görüm. C.Cabbarlı. “Molla Nəsrəddin” in bu nömrəsindən Hacı Axund qabaqcadan xəbər tutmuşdu....
|
QABAQCIL (ID - 22860)sif 1. Ən şüurlu, ən gözüaçıq, ən təşəbbüslü; işdə, mübarizədə hamıdan irəlidə gedən, ən fəal. Cəmiyyətin ən qabaqcıl adamları. - [“Dəbistan” ] ilk məktəbli jurnalının bağlanması qabaqcıl elm, maarifi xadimlərini,...
|
QABAQCILLIQ (ID - 22861)is. Hər hansı bir işdə qabaqcıl olma, ön sırada olma; birincilik, təşəbbüsçülük. İşdə qabaqcıllıq. Dərsdə qabaqcıllıq. Qabaqcıllığı əldən verməmək. Qorxmazla Zaman şiləyənlərə baş çəkir, .. Həqiqətlə Səadətin...
|
QABAQDA (ID - 22862)zərfi 1. İrəlidə, qabaq tərəfdə. Qabaqda oturmaq. □ Qabaqda gedən 1) irəlidə gedən; 2) məc. yol göstərən, başçılıq edən, rəhbərlik edən. Qabaqda getmək - 1) hamıdan irəlidə getmək; 2) məc. rəhbərlik etmək, yol göstərmək.
Gələcəkdə,... |
QABAQDAKI (ID - 22863)sif Qabaqda, irəlidə olan; qabaqda duran, ya oturan. Qabaqdakı evlər. Atları sürüb, qabaqdakı adama yetişdilər. “Aşıq Ələsgər” . // Yaxındakı, irəlidəki. Qabaqdakı kəndin adı nədir?
|
QABAQDAN (ID - 22864)zərfi 1. Qabaq tərəfdən, ön tərəfdən; qarşı tərəfdən; qarşıdan. Evin qabaqdan görünüşü. - Mən gedirdim, dostum çıxdı qabaqdan; Acı sözün salmaz məni damaqdan. “Aşıq Qərib” .
2. Qabaqcadan, əvvəlcədən, əvvəldən,... |
QABAQGÖRƏN (ID - 22865)sif. Gələcəyi görən, bəsirətli, açıqfikirli; qabaqcıl, tərəqqipərvər. Xalqın bütün açıqfikirli, qabaqgörən igid və namuslu oğulları .. alçaq düşmənlərlə öz mübarizəsini daha artıq gücləndirirdi{lər). H.Sarabski.
|
QABAQGÖRƏNLİK (ID - 22866)is. Qabağı görmə, gələcəyi görmə; açıqfikirlilik, bəsirət.
|
QABAQKI (ID - 22867)sif Əvvəlki, əvvəldə olan, keçmişdə olan. Qabaqkı məsələ. - Gözəl sonra ikinci uşağı Atabəyə verdi, yenə qabaqkı sözünü təkrar etdi. M.S.Ordubadi.
|
QABAQ-QARŞI (ID - 22868)zərfi Qabaq-qabağa, qarşı-qarşıya, üz-üzə. Sadıq xanla Məmməd bəyin gözlərinə yuxu getmirdi: qabaq-qarşı oturub sabahın dərdinə qalmışdılar. Çəmənzəminli. Güllü .. qoluçirməkli olduğu halda, oğlu ilə qabaq-qarşı durub...
|
QABAQ-QƏNŞƏR (ID - 22869)is. Qabaq, göz qabağında olan, görünən yer. Qabaq-qənşər qayalıqda kəklik oxuyur; Var ol səni, xallı pəri, bu təbrik üçün. M.Araz.
|
QABAQLAMA (ID - 22870)“Qabaqlamaq” dan f.is.
|
QABAQLAMAQ (ID - 22871)f 1. Bir hadisənin baş verməsinə mane olmaq üçün qabaqcadan tədbir görmək, baş verməyə qoymamaq, qabağını almaq. Hadisələri qabaqlamaq. - Firidun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi. M.İbrahimov. Qabağını kəsmək,...
|
QABAQLANMA (ID - 22872)“Qabaqlanmaq” dan f.is.
|
QABAQLANMAQ (ID - 22873)məch. Qarşılanmaq, önlənmək.
|
QABAQLAŞDIRMA (ID - 22874)“Qabaqlaşdırmaq” dan f.is.
|
QABAQLAŞDIRMAQ (ID - 22875)1. Tutuşdurmaq, müqayisə etmək.
2. Bir-biri ilə üzləşdirmək, üz-üzə gətirmək. |
QABAQLAŞMA (ID - 22876)"Qabaqlaşmaq” dan f.is.
|
QABAQLAŞMAQ (ID - 22877)f. Qarşılaşmaq, qarşı-qarşıya gəlmək, üz-üzə gəlmək; üz-üzə durmaq. Tənbur ilə telli sazı; Qabaqlaşıb çalaq, barı! S.Vurğun. Ana-oğul dikdirdə qabaqlaşdılar. Şamxal anasını gözüyaşlı görüb, evdə bədbəxt bir hadisə...
|
QABAQLIQ1 (ID - 22878)is. 1. Qadınların alınlarına vurduqları qızıl, gümüş və s.-dən bəzək.
2. Döşlük. |
QABAQLIQ2 (ID - 22879)is. Qabaq əkilmiş yer.
|
QABALAŞDIRILMA (ID - 22880)“Qabalaşdırılmaq” dan f.is.
|
QABALAŞDIRILMAQ (ID - 22881)məch. Kobudlaşdırılmaq, qaba şəklə salınmaq; zəriflikdən, incəlikdən məhrum edilmək.
|
QABALAŞDIRMA (ID - 22882)"Qabalaşdırmaq” dan f.is.
|
QABALAŞDIRMAQ (ID - 22883)f. Kobudlaşdırmaq, qaba şəklə salmaq; zəriflikdən, incəlikdən məhrum etmək.
|
QABALAŞMA (ID - 22884)“Qabalaşmaq” dan f.is.
|
QABALAŞMAQ (ID - 22885)f. Qaba olmaq; zərifliyini, incəliyini itirmək; kobudlaşmaq, codlaşmaq.
|
QABALIQ (ID - 22886)is. 1. İncəlikdən, zəriflikdən məhrum olma; kobudluq, codluq. Mahudun qabalığı. Dərinin qabalığı. Tikişin qabalığı dərhal nəzərə çarpır.
2. Tərbiyəsizlik, ədəbsizlik, nəzakətsizlik; qaba hərəkət, qaba danışıq. Rəftarın... |
QABAN (ID - 22887)is. Vəhşi donuzun erkəyi. Qaban əti. Qaban ovu. Çöl donuzuna qaban da deyilir. - Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev. // məc. Kobud, yekə cüssəli,...
|
QABAR (ID - 22888)is. 1. Bədəndə dərinin altında əmələ gələn sulu qabarcıq; suluq. □ Qabar olmaq - bax qabarlamaq 1-ci mənada. [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.
Çox sürtülməkdən, toxunmaqdan... |
QABARBÖCƏYİ (ID - 22889)is. zool. İnsan bədəninə toxunduqda və ya əzildikdə dəridə qabar əmələ gətirən bir böcək.
|
QABARCIQ (ID - 22890)is. Kiçik qabar.
|
QABARCIQLANDIRMA (ID - 22891)"Qabarcıqlandırmaq” dan f.is.
|
QABARCIQLANDIRMAQ (ID - 22892)f. Qabarcıqlar əmələ gətirmək.
|
QABARCIQLANMA (ID - 22893)"Qabarcıqlanmaq” dan f.is.
|
QABARCIQLANMAQ (ID - 22894)f. 1. Bax qabarlamaq 1-ci mənada. Əllərimin dərisi qabarcıqlanmışdı, soyulmuşdu, xalam hər iki əlimi qatıqla suvayıb tənziflə bağlamışdı və qabağına salıb həkimə aparmaq istəmişdi, amma mən getməmişdim. Ə.Məmmədxanlı.
2.... |
QABARCIQLI (ID - 22895)sif. Üzərində qabarcıqlar olan, qabarcıqla örtülü.
|
QABARDILMA (ID - 22896)“Qabardılmaq” dan f.is.
|
QABARDILMAQ (ID - 22897)məch. Qabarıq hala (şəklə) salınmaq, şişirdilmək.
|
QABARDİN (ID - 22898)is. [fr.] 1. Əsasən palto və kostyum tikmək üçün əla yun parça növü.
2. Sif. mənasında. Həmin parçadan tikilmiş. Qabardin palto (kostyum). |
QABARIQ (ID - 22899)sif. 1. Qabarmış, şişmiş, səthi hamar olmayan. Qabarıq şüşə. Qabarıq naxış. // is. Şiş, çıxıntı, ur.
2. sif. və zərf məc. Nəzərə çarpacaq halda, çox aydın. Tehran qabarıq bir təzad içərisində öz adi həyatını yaşayırdı.... |
Bu səhifə dəfə baxılıb