QATIQ (ID - 23950)is. 1. Südü bişirib, bir qədər soyutduqdan sonra, içərisinə maya qataraq, üstünü basdırmaqla hazırlanan ağartı; yoğurt. Üzlü qatıq. Üzsüz qatıq. Qatıq çalmaq (süddən qatıq hazırlamaq). Uç gündür yol gəlirəm, acam, mənə...
|
QATIQAŞI (ID - 23951)is. Buğda yarmasından, yaxud düyü, göyərti və ətdən hazırlanaraq qatıqla yeyilən sadə yemək; yoğurtaşı.
|
QATIQÇI (ID - 23952)is. Qatıq hazırlayıb satan adam.
|
QATIQDOĞRAMASI (ID - 23953)is. Doğrama(c).
|
QATIQQUYMAĞI (ID - 23954)is. köhn. Xalq təbabətində: xəmiri yağda qovurduqdan sonra, üzərinə bir az qatıq, ya ayran töküb yaranın, çibanın üstünə qoyulan yaxı; yaxma dərman.
|
QATIQLAMA (ID - 23955)“Qatıqlamaq” dan f.is.
|
QATIQLAMAQ (ID - 23956)f. dan. Qatıq qatmaq, qatıq sürtmək, qatıq yaxmaq; xörəyin və s.-nin üstünə qatıq tökmək, qatıqla dada gətirmək.
|
QATIQLANMA (ID - 23957)“Qatıqlanmaq” dan f.is.
|
QATIQLANMAQ (ID - 23958)məch. Qatıq qatılmaq, qatıq sürtülmək, üstünə qatıq tökülmək.
|
QATIQLAŞDIRILMA (ID - 23959)“Qatıqlaşdırılmaq” dan f.is.
|
QATIQLAŞDIRILMAQ (ID - 23960)məch. Qatıq halına salınmaq, xarab edilmək.
|
QATIQLAŞDIRMA (ID - 23961)“Qatıqlaşdırmaq” dan f.is.
|
QATIQLAŞDIRMAQ (ID - 23962)f. Südü saxlayıb, xarab etmək, qatıq halına salmaq, laxtalaşdırmaq.
|
QATIQLI (ID - 23963)sif. Qatıq vurulmuş, qatıq vurulan, qatıqla yeyilən. Qatıqlı qayğanaq. Plovun üstündə də bir mis sərpuş, yanında da bir boşqabın içində üstü qatıqlı yarpaq dolması qoyulardı. H.Sarabski.
|
QATIQOTU (ID - 23964)is. bot. Tərkibində efir yağı olan iri köklü bitki.
|
QATIQSATAN (ID - 23965)is. Qatıq satmaqla məşğul olan adam. Bu gün həyətə qatıqsatan gəlmişdi. - Çapdılar obaya, ey qatıqsatan; Hər eyməyə tökmüşdülər üç qazan. Q.Zakir.
|
QATILANMA (ID - 23966)“Qatılanmaq” dan f.is.
|
QATILANMAQ (ID - 23967)f. Qatı olmaq, qatı hala gəlmək, qatılaşmaq.
|
QATILAŞDIRILMA (ID - 23968)“Qatılaşdırılmaq” dan f.is.
|
QATILAŞDIRILMAQ (ID - 23969)məch. Daha qatı edilmək, daha qatı hala salınmaq; qəlizləşdirilmək, kəsifləşdirilmək.
|
QATILAŞDIRMA (ID - 23970)“Qatılaşdırmaq” dan f.is.
|
QATILAŞDIRMAQ (ID - 23971)f. Daha da qatı etmək, yaxud duru halda olan şeyi qatı hala salmaq; qəlizləşdirmək, kəsifləşdirmək. Suvaq üçün tutulan palçığı bir az qatılaşdırmalı.
|
QATILAŞMAQ (ID - 23972)f. 1. Getdikcə qatı hala düşmək, getdikcə bərkimək, qəlizləşmək; mət ləşmək. Qatıq qalıb qatılaşıbdır. Mürəkkəb lap qatılaşıb, yazmaq olmur. Mürəbbə odun üstündə çox qalıb qatılaşdı.
2. Getdikcə artmaq, şiddətlənmək,... |
QATILAŞMIŞ (ID - 23973)f.sif. Qatı hala gəlmiş, qəlizləşmiş, kəsifləşmiş. Qatılaşmış şorba. Çox vaxt quyudan çıxan qatılaşmış məhlulun özlülüyünü su əlavə etməklə azaltmaq lazım gəlir. Quliyev.
|
QATILATMAQ (ID - 23974)icb. Qatı hala saldırmaq.
|
QATILI (ID - 23975)sif. Qatışığı olan, tərkibinə başqa şey qatılmış olan; xalis və saf olmayan.
|
QATILIQ (ID - 23976)is. 1. Qatı şeyin halı, xassəsi; bir şeyin bərkliyi ilə mayelik arasında olan halı (sıyıqlıq, duruluq ziddi).
Sıxlıq, kəsiflik, qəlizlik. Şiddət, şiddətlilik, sərtlik. məc. Mərhəmətsizlik, rəhmsizlik, amansızlıq. Hər... |
QATILIŞ (ID - 23977)is. Qatma (qatılma) işi.
|
QATILMA (ID - 23978)“Qatılmaq” dan f.is.
|
QATILMAQ (ID - 23979)f. 1. Qarışmaq, qoşulmaq, birləşmək; bir kütlənin içərisinə daxil olmaq. Camaata qatılıb getdi. Mal mala qatıldı.
məch. Qarışdırılmaq. Bir-birinə qatılmaq. Sirkəyə su qatılmışdır. |
QATILMIŞ (ID - 23980)f.sif. Əlavə edilmiş, daxil edilmiş, qarışdırılmış. Su qatılmış süd. Şəkər qatılmış xəmir. - [Ömər koxa] buğlanan çaya, bal qatılmış qaymağa, motalpendirinə və sacın üstündən yenicə götürülmüş isti ağ fətirə...
|
QATIM (ID - 23981)is. Qatma, qarışdırma, qatışdırma.
□ Qatım-qatım qatlamaq - tamamilə əldən salmaq, əzmək. Bir yandan Koroğlu, bir yandan Qırat, az vaxtda dəstəni qatım-qatım qatlayıb əldən-ayaqdan saldılar. “Koroğlu” . |
QATIR (ID - 23982)is. Eşşəklə madyanın cütləşməsindən törəyən yük heyvanı. Kənd təsərrüfat heyvanlarından at, öküz, qatır, dəvə və sairədən qoşqu qüvvəsi kimi istifadə olunur. [Fərhad:] Əmi, bu yüklü qatırlar nədir qapıda dayanıblar?...
|
QATIRÇI (ID - 23983)is. köhn. Qatır saxlayıb kirə ilə işlədən adam.
|
QATIRÇILIQ (ID - 23984)is. köhn. Qatırçı sənəti. [Hacı Nuru:] Onun da səbəbi var, ondan ötrü ki, sən çox yaxşı qatırçılığa layiqsən. M.F.Axundzadə.
|
QATIRDIRNAĞI (ID - 23985)is. bot. Sarı çiçək açan yabanı bitki. Murad yerdən boy atmış uzun bir qatırdırnağı üzdü. İ.Əfəndiyev.
|
QATIRXANA (ID - 23986)is. köhn. Qatır saxlanılan yer, tövlə. Bir nəfər qışqırdı: - Ağanın qatırxanası hər yerdən yaxşıdır, keşiyi də biz özümüz çəkərik. P.Makulu.
|
QATIRQUYRUĞU (ID - 23987)is. bot. Bəzi növlərindən dərman hazırlanan çoxillik bataqlıq bitkisi.
|
QATIRMUNCUĞU (ID - 23988)is. köhn. Keçmişdə qatırların boynuna taxılan göy şüşə muncuq.
|
QATIŞDIRILMA (ID - 23989)“Qatışdırılmaq” dan f.is.
|
QATIŞDIRILMAQ (ID - 23990)“Qatışdırmaq” dan məch.
|
QATIŞDIRMA (ID - 23991)“Qatışdırmaq” dan f.is.
|
QATIŞDIRMAQ (ID - 23992)bax qarışdırmaq 1-ci mənada. [Gülnisə:] Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qatışdırım? Ə.Haqverdiyev.
|
QATIŞIQ (ID - 23993)1. Bax qarışıq 1-ci mənada. Bu südün qatışığı var. Bu, xalis buğda unu deyil, qatışıqdır.
is. Müxtəlif maddələrin qarışığından ibarət olan xəlitə. |
QATIŞMA (ID - 23994)“Qatışmaq” dan f.is.
|
QATIŞMAQ (ID - 23995)bax qarışmaq. Onun sözlərinə qatışma, dilbər; Dəli yola gedər el arasında. Q.Zakir.
|
QATİL (ID - 23996)is. və sif. [ər.] Öldürən, adam öldürən, cani. Qatil öz cəzasına çatdı. - Səfərin qardaşının .. qatili kim olduğu məlum deyildi. S.S.Axundov.
|
QATİLLİK (ID - 23997)is. Adam öldürmə, canilik. Balacayevi böyük bir dəhşət bürüdü. Onun boynuna üç təqsir sarınmışdı - saxtakarlıq, israfçılıq və qatillik. S.Rəhimov.
|
QAT-QARIŞ (ID - 23998)bax qat-qarışıq. [Katibin] yazıq-yazıq baxan sönük və qonur gözləri qat-qarış olmuş kağızlara dikildi. S.Rəhimov.
|
QAT-QARIŞIQ (ID - 23999)sif. Nizamsız, bir-birinə qarışmış, dolaşıq, qarışıq, pozğun. Qat-qarışıq işlər. Yuxarıda qat-qarışıq bir səs eşidildi. // Hərc-mərc. Ballı Dursunun bu vaxtadək gəlib çıxmamasından onun qat-qarışıq günlərdə tələf...
|
Bu səhifə dəfə baxılıb