QICIQLANMA (ID - 24900)“Qıcıqlanmaq” dan f.is.; təxərrüş.
|
QICIQLANMAQ (ID - 24901)f. Qıcıq hiss etmək, qıdıqlanmaq, gicişmək. Surxay burnunun qıcıqlandığını hiss etdi. I.Əfəndiyev.
|
QICIQLAYICI (ID - 24902)sif. Qıcıqlandıran, qıcıq təsiri oyadan, təxriş edən, təxərrüşə gətirən. Bir qədər sonra [Qoçər] kəskin qıcıqlayıcı bir qoxudan ayılıb yenə gözlərini açdı. M.Rzaquluzadə.
|
QICILDANMAQ (ID - 24903)f. dan. Maraqlanmaq, həvəs göstərmək, kişilik hissləri ayılmağa başlamaq. Cəmilin bığ yeri çoxdan tərləmişdi. Necə deyərlər, yavaş-yavaş qıcıldanır, gəlinə, qıza baxırdı. Ə.Vəliyev.
|
QICIMAQ (ID - 24904)1. B a x qıcamaq.
2. B a x qıcırdamaq. |
QICIRDAMA (ID - 24905)“Qıcırdamaq” dan f.is.
|
QICIRDAMAQ (ID - 24906)f. Bir-birinə sürtülərək qıcırtı səsi çıxarmaq. Oxucum, yaxın gəl, bir diqqətlə bax; Qollarında zəncir qıcırdayaraq; O, qabaqda gedən kimdir, sorsana! R.Rza. Xanın bütün vücudu əsdi, dişləri qıcırdadı, gözləri dumanlandı....
|
QICIRDATMA (ID - 24907)“Qıcırdatmaq” dan f.is.
|
QICIRDATMAQ (ID - 24908)f. Iki şeyi (və ya dişlərini) bir-birinə sürtərək qıcırtı səsi çıxarmaq. Dişlərini qıcırdatmaq. - [Beyrək] dişlərini bir-birinə sıxıb qıcırdatdı və başını qaldırıb göyə, .. ulduzlara baxdı. M.Rzaquluzadə. Turac dişlərini...
|
QICIRTI (ID - 24909)is. Iki şeyin (və ya dişlərin) bir-birinə sürtülməsindən hasil olan səs. Dişlərinin qıcırtısından yatmaq olmur. - ..Arabaların qıcırtısı, şən uşaqların bağırtı və gurultusundan canlı və dəbdəbəli görünən kəndi, indi...
|
QICIRTMAQ (ID - 24910)bax qıcırdatmaq. Molla Kərim də dişlərini qıcırdıb, əsasının şiş ucu ilə çuvalın o yan-bu yanına bir-iki dəfə vurdu. B.Talıblı.
|
QICITMA (ID - 24911)“Qıcıtmaq” dan f.is.
|
QICITMAQ (ID - 24912)f. 1. Bax qıcamaq. Təməin indi nədir ya? Qıcadırsan dişini? M.Ə.Sabir.
2. “Göz” sözü ilə bərabər: göz qıcıtmaq göz ağartmaq, qorxutmaq, göz dikmək. Bilsin hamı nələr yazmış tarixlərə Azərbaycan; Dərs götürsün... |
QICQIRMA (ID - 24913)“Qıcqırmaq” dan f.is. □ Ürək qıcqırması - mədə şirəsinin çoxluğu, bəzən də azlığı nəticəsində mədə nahiyəsində turşuluq hissi.
|
QICQIRMAQ (ID - 24914)f. İstidən, çox qalmaqdan və s. səbəblər üzündən turşuyub xarab olmaq, şişib qoxumaq. Qatıq qıcqırıbdır. // Qıcqırma halında olmaq, turşumaq, acımaq. Xəmir qıcqırıbdır.
|
QICQIRMIŞ (ID - 24915)f.sif. İstidən, çox qalmaqdan və ya başqa səbəbdən turşumuş, turşuyub xarab olmuş, şişib qoxumuş. Qıcqırmış süd. Qıcqırmış xəmir. - Şərbət bir az qalanda qıcqırıb xarab olur və belə qıcqırmış şərbət arıları naxoş...
|
QICQIRTMA (ID - 24916)“Qıcqırtmaq” dan f.is.
|
QICQIRTMAQ (ID - 24917)f. Bir şeyin qıcqırmasına səbəb olmaq, turşutmaq. Qatığı qıcqırtmaq. Südü qıcqırtmaq. Xəmiri qıcqırtmaq.
|
QICLAŞMA (ID - 24918)“Qıclaşmaq” dan f.is.
|
QICLAŞMAQ (ID - 24919)f. Qıc olmaq.
|
QICLIQ (ID - 24920)is. Qıc olmuş bədən üzvünün halı; keylik, hissizlik, çənglik.
|
QIÇ (ID - 24921)is. 1. İnsan bədəninin, ombadan başlamış ayağa qədər olan və insanın yeriməsinə xidmət edən üzvü. Qıçları ağrımaq. Qıçları əyri. Qıçı sınmaq. - Bəhram arxası üstə sərilib, qıçlarını tamam uzatdı. Ə.Vəliyev. //...
|
QIÇA1 (ID - 24922)is. Ağac və ya gül budağı; bitkinin qolu. Qarğıdalı toxumu dən qıçadan ayrıldıqdan sonra diqqətlə təmizlənməli, onun cücərmə qabiliyyəti yoxlanılmalıdır. (Qəzetlərdən). Bəzən dənləri və özəyi ilə birlikdə bütün qıçanı...
|
QIÇA2 (ID - 24923)is. Bir şeyin bölündüyü, ayrıldığı hissələrdən hər biri; tikə, parça, dilim. Bir qıçapaxlava. Alma qıçası. Bir qıça soğan. Gördüm ətəklərini dizinin altına soxdu, çayına da bir qıça qənd atdı. Qantəmir.
|
QIÇALAMA (ID - 24924)“Qıçalamaq” dan f.is.
|
QIÇALAMAQ (ID - 24925)f. Qıça-qıça doğramaq.
|
QIÇALANMA (ID - 24926)“Qıçalanmaq” dan f.is.
|
QIÇALANMAQ (ID - 24927)məch. Qıça-qıça doğranmaq.
|
QIÇAVARİ (ID - 24928)sif. Qıça kimi, qıçaya bənzər, qıça şəklində.
|
QIÇSIZ (ID - 24929)sif. Bir qıçı, yaxud qıçları olmayan; qıçı, yaxud qıçları kəsilmiş. Qıçsız adam. Qıçsız stol.
|
QIÇSIZLIQ (ID - 24930)is. Qıçı, yaxud qıçları olmayan adamın halı.
|
QIDIQ (ID - 24931)is. Bədənin bir yerinə əl və s. ilə toxunduqda onda əmələ gələn və adamın qeyri-ixtiyari gülməsinə səbəb olan hal; yüngül təxərrüş, qıcıq; qıcıqlanma hissi. □ Qıdığı gəlmək (tutmaq) - b ax qıdıqlanmaq 2-ci mənada....
|
QIDIQLAMA (ID - 24932)“Qıdıqlamaq” dan f.is.
|
QIDIQLAMAQ (ID - 24933)f. 1. Birinin bədəninin bir yerinə əl və s. ilə toxunmaqla həmin yerin qıcıqlanmasına səbəb olmaq. Uşağı qıdıqlamaq ziyandır. - Qumru öz arıq və uzun boynunu uzadaraq Məsuməni qucaqlayıb öpməyə və qıdıqlamağa başladı....
|
QIDIQLANMA (ID - 24934)“Qıdıqlanmaq” dan f.is.
|
QIDIQLANMAQ (ID - 24935)1. “Qıdıqlamaq” dan məch.
2. qayıd. Bir yerinə toxunulduqda qıdığı gəlib qeyri-ixtiyari gülmək. |
QIDIQLAŞMA (ID - 24936)“Qıdıqlaşmaq” dan f.is.
|
QIDIQLAŞMAQ (ID - 24937)qarş. Bir-birini qıdıqlamaq.
|
QIDIQLI (ID - 24938)sif. Qıdığı gələn, qıdığı tutan, tez qıdıqlanan, qıdığa çox həssas olan. Qıdıqlı adam.
|
QIDIR-BIDIR (ID - 24939)is. dan. Tez-tez və anlaşılmaz danışma.
|
QID-QID (ID - 24940)is. dan. Deyinmə; dedi-qodu, mübahisə.
|
QIF (ID - 24941)is. Mayeləri qaba tökmək və ya süzmək üçün alt tərəfində dar lüləsi olan konusşəkilli cihaz.
|
QIFGÜLÜ (ID - 24942)is. məh. bot. Çoxillik sürünən ot bitki və onun qıfa oxşayan çiçəyi.
|
QIFIL (ID - 24943)is. Qıfıllamaq (bağlamaq) üçün açarla bağlanıb açılan alət; kilid. Qapının qıfılını açmaq. - Məktəbin qapısında böyük bir qıfıl asılmışdı. A.Şaiq. // xüs. Müxtəlif mexanizmlərdə və s.-də həmin vəzifəni görən...
|
QIFILBƏND (ID - 24944)1. sif. Möhkəm bağlanmış, qıfıl ilə bağlanmış.
2. ədəb. Aşıq ədəbiyyatında: müəmmalı sual (tapmaca) şəklində şeir forması. |
QIFILÇI (ID - 24945)is. Qıfıl qayıran usta.
|
QIFILLAMA (ID - 24946)"Qıfıllamaq” dan f.is.
|
QIFILLAMAQ (ID - 24947)1. t.-li. Qıfıl ilə bağlamaq. Qapını qıfillamaq. Dükanı qıfilladılar. Musa kişi Əli əmniyyəbaşı yatan otağı çöl tərəfdən qıfillayıb, uşaqlarının yanına qayıtdı. M.İbrahimov.
2. t.-siz. məc. Ağzını yummaq. // Əmr... |
QIFILLANMA (ID - 24948)“Qıfıllanmaq” dan f.is.
|
QIFILLANMAQ (ID - 24949)məc. Qıfıl ilə bağlanmaq.
|
Bu səhifə dəfə baxılıb