İzahlı lüğət

QÜSSƏLİ (ID - 26700)

sif. Kədərli, qəmli, məhzun, həzin; dərdli. Xeyli uzaqdan qüssəli bir mahnı səsi gəlirdi. M.Hüseyn. Bu il solğun və qüssəli bir gəlini andıran payızdan sonra .. şiddətli bir qış gəldi. Ə.Məmmədxanlı.

QÜSSƏLİLİK (ID - 26701)

is. Qüssəli və kədərli hal; qəmlilik, kədərlilik, məhzunluq.

QÜSSƏSİZ (ID - 26702)

sif. Qayğısız, dərdsiz, qəmsiz, kədərsiz; dərdi, qəmi, fikri olmayan.

QÜSSƏSİZLİK (ID - 26703)

is. Qayğısızlıq, dərdsizlik, kədərsizlik, qəmsizlik.

QÜSUR (ID - 26704)

is. [ər.] 1. Eyib, nöqsan, çatışmayan cəhət, çatışmazlıq. Xoş gəlibdir, xoş saatda cahana; Yox gözəlliyinə qüsur, bahana. Aşıq Ələsgər. [Əsəd] bütün işlərin hazır olduğunu və bir qüsur qalmadığını xəbər verdi. M.S.Ordubadi....

QÜSURLU (ID - 26705)

sif. 1. Bir eybi, nöqsanı, qüsuru, çatışmazlığı olan; eyibli, nöqsanlı. Qüsurlu mal. // Bitməmiş, natamam, yarımçıq. Bu evin qapı və pəncərəsi yoxdur, qüsurludur.
Təqsirli, günahlı, qəbahətli. Mən ki özümü belə bir...

QÜSURLULUQ (ID - 26706)

is. 1. Qüsuru, nöqsanı, eybi, təqsiri, günahı, qəbahəti olma. Qüsurlu şeyin halı: yarımçıqlıq, natamamlıq.

QÜSURSUZ (ID - 26707)

sif. və zərf Heç bir qüsuru, eybi, nöqsanı, çatışmazlığı olmayan; nöqsansız, mükəmməl, müntəzəm. Qüsursuz iş. Qüsursuz adam. Qüsursuz işləmək.

QÜSURSUZLUQ (ID - 26708)

is. Qüsursuz şeyin, adamın hal və keyfiyyəti; eyibsizlik, nöqsansızlıq, mükəmməllik.

QÜTB (ID - 26709)

is. [ər.] 1. coğr. Yer kürəsinin üzərində fırlandığı xəyali mehvərin iki nöqtəsindən hər biri, habelə onun bu nöqtəyə düşən yeri. Şimal qütbü. Cənub qütbünə ekspedisiya getmişdir.
elektr. Elektrik dövrəsinin, maqnitin,...

QÜVVƏ (ID - 26710)

is. [ər.] 1. Bir işi görə bilmək qabiliyyəti, iqtidarı, bacarığı. Bu işi görməyə qüvvəsi çatmaz. // Qüvvət, taqət, cismani enerji. Qüvvədən düşmək. Bütün qüvvəsini sərf etmək.
Zor, cəbr, qol gücü. Qüvvə tətbiq...

QÜVVƏLƏNMƏK (ID - 26711)

b ax qüvvətlənmək.

QÜVVƏLİ (ID - 26712)

bax qüvvətli.

QÜVVƏT (ID - 26713)

1. Bax qüvvə. O köpüyü ki, sən içdin, ondan sənin qollarına qüvvət, özünə də şairlik verildi. “Koroğlu” . Hünərim, qüvvətim bitməz, tükənməz! Qanadlı bir şahin yerdə görünməz. A.Şaiq. □ Qüvvət almaq - qüvvətlənmək,...

QÜVVƏTLƏNDİRİCİ (ID - 26714)

sif. xüs. Qüvvət ləndirən, gücləndirən, gücləndirici. Səsi qüvvətləndirici cihaz.

QÜVVƏTLƏNDİRİLMƏ (ID - 26715)

“Qüvvətləndirilmək” dən f.is.

QÜVVƏTLƏNDİRİLMƏK (ID - 26716)

məch. Daha qüvvətli edilmək, gücləndirilmək; qüvvəti, gücü artırılmaq.

QÜVVƏTLƏNDİRMƏ (ID - 26717)

“Qüvvətləndirmək” dən f.is.

QÜVVƏTLƏNDİRMƏK (ID - 26718)

f. Daha qüvvətli etmək, daha güclü etmək; gücləndirmək, qüvvətini, gücünü artırmaq. Ordunu qüvvətləndirmək. Radionun səsini qüvvətləndirmək. Tədqiqat işlərini qüvvətləndirmək. Müşahidələri qüvvətləndirmək.

QÜVVƏTLƏNMƏ (ID - 26719)

“Qüvvətlənmək” dən f.is.

QÜVVƏTLƏNMƏK (ID - 26720)

f. Qüvvəti, gücü artmaq; daha güclü, daha qüvvətli olmaq; güclənmək. Gecədən əsməyə başlayan yay küləyi yavaş-yavaş qüvvətlənir. M.Hüseyn.

QÜVVƏTLİ (ID - 26721)

sif. 1. Böyük fiziki qüvvəyə malik olan; çox güclü, çox sağlam. Qüvvətli qollar. Qüvvətli pəhləvan. Qüvvətli adam. Qüvvətli əzələ.
Böyük hərəkət qüvvəsinə malik olan. Qüvvətli motor. Qüvvətli maşın. Tikintidə çox...

QÜVVƏTLİLİK (ID - 26722)

is. Qüvvətli adamın, şeyin və s.-nin hal və keyfiyyəti; güclülük.

QÜVVƏTÖLÇƏN (ID - 26723)

is. xüs. Maşın, mexanizm və ya insanın qüvvətini ölçmək üçün cihaz.

QÜVVƏTSİZ (ID - 26724)

sif. 1. Gücü, qüvvəsi olmayan; gücsüz, qüvvəsiz, üzgün. Qüvvətsiz adam. Qüvvətsiz qollar. // Bacarıqsız, aciz. Sən çox qüvvətsiz adamsan.
2. Təsirsiz. Qüvvətsiz dərman. // Tərkibində qidalı maddələri çox az olan, yaxud...

QÜVVƏTSİZLİK (ID - 26725)

QVARDİYA (ID - 26726)

[fr.] 1. Ən yaxşı seçmə qoşun hissələri. Qvardiyapolku. Qvardiya hissələri. Qvardiya mayoru.
məc. Hər hansı bir sahədə sınaqdan çıxmış, təcrübəli, qabaqcıl xadimlər; öz işinə sadiq olan mübarizlər. Köhnə qvardiya. Köhnə...

QVARDİYAÇI (ID - 26727)

is. Qvardiyada xidmət edən əsgər, zabit. Qvardiyaçılarımız düşmən üzərinə hücuma keçəndə qarı, boranı nəzərə almırdılar. M.Hüseyn.

QVAYÜLA (ID - 26728)

[isp.] İlk vətəni Şimali Amerika olan, Orta Asiya və Qafqazda bitən və kökündə kauçuk maddəsi olan həmişəyaşıl, alçaq kol bitkisi. Bütün dünyada qvayula bitkisinin ikinci vətəni Azərbaycandır.
......
.....i_l_bolme_mundericati