QAMU (ID - 23250)"Hamı” sözünün qədimi forması.
san; Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Füzuli. Cahanda qulların çoxdur, Nəsimi qamudan bədtər. Nəsimi. |
QAMUS (ID - 23251)is. [ər. əsil mənası “dəniz, dərya” ] Böyük lüğət kitabı; ensiklopediya.
|
QAN (ID - 23252)is. 1. Orqanizmin damarlarında dövr edib, onun bütün hüceyrələrinin qidalanmasını və maddələrin mübadiləsini təmin edən qırmızı maye. Sadıq kişi əllərinin qanını arxda yuyub üz qoydu həyətdən çıxmağa. C.Məmmədquluzadə....
|
QANACAQ (ID - 23253)is. 1. Düşüncə, şüur, anlaq. Amma mənim qanacağıma görə, sizin kitabınızda olan məlumat məhz Avropa və Rusiya mənbəyindən əxz olunmuşdur. C.Məmmədquluzadə. Dil eyni zamanda şəxsiyyətin qabiliyyət və qanacaq dərəcəsini bildirən...
|
QANACAQLI (ID - 23254)sif. Qanacağı olan, mərifətli, şüurlu, düşüncəli, anlaqlı; ədəbli, nəzakətli. Qanacaqlı adam. Qanacaqlı uşaq. - Bir də, dedim, Mirzə Qulam qanacaqlı adama oxşayır. Mir Cəlal. Kərim kəndin hünərli, yetkin bir gənci, mahir bir...
|
QANACAQLILIQ (ID - 23255)is. Mərifətlilik, düşüncəlilik, anlaqlılıq; ədəblilik, nəzakətlilik.
|
QANACAQSIZ (ID - 23256)sif. Qanacağı olmayan, düşüncəsiz, mərifətsiz, anlamaz, ədəbsiz. Qanacaqsız adam. Qanacaqsız hərəkət.
|
QANACAQSIZLIQ (ID - 23257)is. Düşüncəsizlik, mərifətsizlik, anlamazlıq, ədəbsizlik, nəzakətsizlik; düşüncəsiz hərəkət.
|
QANAD (ID - 23258)is. 1. Quşlarda və cücülərdə uçmaq orqanı. Quş qanadı. Qanad açıb uçmaq. Göyərçinin qanadı. Milçəklər qanadlarında, xortumlarında və ayaqlarında külli miqdarda mikroblar gəzdirir.
Təyyarənin qalxma qüvvəsini yaradan, hər... |
QANADLANDIRMA (ID - 23259)“Qanadlandırmaq” dan f.is.
|
QANADLANDIRMAQ (ID - 23260)f. Ürəkləndirmək, ruhlandırmaq, cürətləndirmək, ruh vermək.
|
QANADLANMA (ID - 23261)“Qanadlanmaq” dan f.is.
|
QANADLANMAQ (ID - 23262)f. 1. Qanad çıxarmaq, qanadı çıxmaq, pərvazlanmaq. Çəyirtkə qanadlanınca qabağını almaq çətin olur.
Uçmaq, qanad açmaq, qanad çalıb uçmaq. Göyərçin qanadlanıb uçdu. - Qırğı, oturduğu kötüyün üstündən boynunu burub... |
QANADLANMIŞ (ID - 23263)f.sif. Qanad çıxarmış, uçacaq hala gəlmiş, pərvazlanmış; pərvaz. Qanadlanmış quş. // Obrazlı təşbehlərdə. Ürəyim qanadlanmış quş kimi hey çırpınır əsəbi. R.Rza.
|
QANADLI (ID - 23264)sif. 1. Qanadı olan, qanad çıxarmış. Qanadlı qarışqa. - Bir az keçmədən qırmızı qanadlı arılar qocanın başı üstünə qalxdı. S.Rəhimov.
2. məc. Çox iti uçan, çox iti gedən. Hünərim, qüvvətim bitməz, tükənməz; Qanadlı... |
QANADLICA (ID - 23265)is. məh. bot. Müxtəlif növləri olan ot-bitki.
|
QANADSIZ (ID - 23266)sif. 1. Qanadı olmayan, qanad çıxarmamış, yaxud qanadı qırılmış. Qanadsız arı. - Qanadsız bir quşa bənzər; Gənclik, yoxsa şux xəyalı. N.Rəfibəyli. Eyb etməz uçuşda yıxılsan bir an; Təki deməsinlər qanadsız quşdur. M.Araz.
2.... |
QANAXMA (ID - 23267)is. Qan damarlarından qanın dışarıya çıxıb axması. Yaralı qanaxmadan tələf oldu.
|
QANALMA (ID - 23268)is. tib. Müalicə məqsədi ilə bədəndən qan axıtma.
|
QANAMA (ID - 23269)"Qanamaq” dan f.is.
|
QANAMAQ (ID - 23270) |
QANATDIRMAQ (ID - 23271)f. Qanamasına səbəb olmaq.
|
QANATMA (ID - 23272)“Qanatmaq” dan f.is.
|
QANATMAQ (ID - 23273)f. Qan axacaq surətdə yaralamaq, yaxud yaranı qurdalayaraq, bir şey toxunduraraq qanamasına səbəb olmaq, qan axdırmaq. Ata, gedəcəyəm! Ya öləcəyəm, ya da gedib oxuyacağam! - dedim. Bunun üstündə də o mənim ağız-burnumu qanatdı....
|
QANAVAT (ID - 23274)is. Qalın, miləmil ipək parça. // Bu parçadan tikilmiş. Qanavat yorğan. Xozeyinlər hamama gələndə özləri üçün qanavat boğçanın içində fitə, qətfə gətirərdilər. H.Sarabski.
|
QANAZLIĞI (ID - 23275)is. tib. Qanda qırmızı qan kürəciklərinin (hemoqlobin) azlığı nəticəsində əmələ gələn xəstəlik.
|
QANBİR (ID - 23276)sif. Bir qandan, bir nəsildən, bir soydan olan. Kassir ilə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Mir Cəlal.
|
QANBUR (ID - 23277)bax qozbel.
|
QANBURLAŞMA (ID - 23278)"Qanburlaşmaq” dan f.is.
|
QANBURLAŞMAQ (ID - 23279)f. Qanbur olmaq, donqarlaşmaq, qozbel olmaq.
|
QANBURLUQ (ID - 23280)is. Qozbellik, donqarlıq.
|
QANCIĞA (ID - 23281)is. Yəhərin dal və bəzən qabaq tərəfində ip, qayış keçirmək üçün deşik, ya halqa. □ Qancığa bağı - heybə və s. bağlamaq üçün yəhərin arxa, bəzən qabaq tərəfində asılan iki nazik və uzunca qayış.
|
QANCIQ (ID - 23282)sif. və is. dan. Eşşəyin, qatırın, itin, canavarın dişisi.
|
QANCIQLIQ (ID - 23283)is. vulq. Xəyanət, alçaqlıq, rəzillik, dönüklük.
|
QANÇIR (ID - 23284)is. 1. Bərk vurulmaq, toxunmaq və ya sıxılmaq nəticəsində bədənin bir yerində dəri ilə ət arasında bərkiyib laxtalaşan qan. [Qarı] Mahmudun üz-gözündən döyülmək nişanəsi olan qançıra baxıb dedi.. Ə.Əbülhəsən.
2. Bərk... |
QANÇIRLAMA (ID - 23285)“Qançırlamaq” dan f.is.
|
QANÇIRLAMAQ (ID - 23286)f. Qançır olmaq.
|
QANÇIRLANMAQ (ID - 23287)bax qançırlamaq.
Bütün vücudunda göyərib qaralmayan, qançırlanmayan bir nöqtə olmadığı görülərdi. Ə.Əbülhəsən. |
QANDA (ID - 23288)“Harada” sözünün qədimi forması. Hər qanda məskən eyləsə aşiq, əsirdir. Nəsimi. Qanmayır heç kəs ki, kəşti qanda, dərya qandadır. M.Ə.Sabir.
|
QANDAL (ID - 23289)is. [əsli ər.] 1. Keçmişdə ağır cinayət işləmiş məhbusların əl və ayaqlarına keçirilən dəmir halqalı zəncir. [Çingiz:] Məgər Əlimərdanın Sibirdə əlləri, ayaqları qandalda sızıldamasına səbəb binamus Şahbaz bəy olmuşdur?...
|
QANDALAQ (ID - 23290)bax qandal. Qandalaq qoymayır gecələr yatam; Ümid etməyirəm mətləbə çatam. “Qaçaq Nəbi” . Məşədi isə hər zaman atasını, onun qollarındakı zənciri, ayaqlarındakı qandalağı xatırlayıb, “oğlunu oxutdur” sözlərini yadından...
|
QANDALLAMA (ID - 23291)“Qandallamaq” dan f.is.
|
QANDALLAMAQ (ID - 23292)f. Əl və ayaqlara qandal vurmaq, buxovlamaq, zəncirləmək.
|
QANDALLANMA (ID - 23293)“Qandallanmaq” dan f.is.
|
QANDALLANMAQ (ID - 23294)məch. Əl və ayaqlarına qandal vurulmaq; buxovlanmaq, zəncirlənmək.
|
QANDALLI (ID - 23295)sif. Əl və ayaqlarına qandal vurulmuş; buxovlu, zəncirli. Araz dəhlizdəki ayağı qandallı dustaqlara baxırdı. A.Şaiq.
|
QANDAYANDIRICI (ID - 23296)bax qankəsici.
|
QANDIRILMAQ (ID - 23297)məch. Anladılmaq, başa salınmaq, bildirilmək, öyrədilmək.
|
QANDIRMA (ID - 23298)“Qandırmaq” dan f.is.
|
QANDIRMAQ (ID - 23299)f. Anlatmaq, başa salmaq. Nə qədər çalışdımsa, məsələni ona qandıra bilmədim. - Sən öz borcunu əmələ gətir, .. vəssəlam, budur bax, qlasnı seçmə barəsində başladın, axırı nə, Ağa Dərviş! Nə üçün danışmırsan, qandırmırsan?...
|
Bu səhifə dəfə baxılıb