QANDIRMAQf. Anlatmaq, başa salmaq. Nə qədər çalışdımsa, məsələni ona qandıra bilmədim. - Sən öz borcunu əmələ gətir, .. vəssəlam, budur bax, qlasnı seçmə barəsində başladın, axırı nə, Ağa Dərviş! Nə üçün danışmırsan, qandırmırsan? N.Vəzirov. [İmran:] ..Amma bunu atana qandırmaq mümkündürmü? S.S.Axundov.
Paylaşın - Hamı bilsin
|