İzahlı lüğət

QUZULAMAQ1 (ID - 26650)

f. Quzu doğmaq, balalamaq (qoyun haqqında). Bu gecə ağılda iki qoyun quzulamışdı. - Quzuladı qoyun, töküldü döllər; Yaylaq həvəsini qıldı ellər. Xətayi.

QUZULAMAQ2 (ID - 26651)

f. məh. Yumşalıb narınlaşmaq, ovulub tökülmək, boşalmaq, yaxud horra halına gəlmək (torpaq haqqında). Bir tərəfi quzulayıb ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı. Çəmənzəminli. Tikanlı tel...

QUZULU (ID - 26652)

sif. Yanında quzusu olan, balasını əmizdirən. Quzulu qoyun.

QUZULUQ (ID - 26653)

is. 1. Quzu saxlanan yer, quzu yatağı.
məc. Həlimlik, yumşaqlıq, sakitlik.

QUZUOTARAN (ID - 26654)

is. Quzuları otaran çoban.

QÜBAR (ID - 26655)

b a x qubar (şeirdə çox vaxt tərkiblərdə məcazi mənada işlənir). Mən gülşəni-can içində xarəm; Ayineyi-əqlə bir qübarəm. Füzuli. Sevindilər, azca keçmədiyenə; Qondu qəm qübarı sifətlərinə. M.Rahim.

QÜBBƏ (ID - 26656)

is. [ər.] 1. Yarımkürə şəklində dam; günbəz. Eyvanın tavanı üç böyük qübbədən ibarət idi ki, bunların hər birisi beş sütun üzərində qurulmuşdu. M.S.Ordubadi.
2. Qübbəyə oxşar hər hansı bir şey. Səba xanım kamançanı...

QÜBBƏLİ (ID - 26657)

sif. Damı, səqfi yarımkürə (qübbə) şəklində olan; qübbəsi olan. Qübbəli bina.
..Turşsu çeşməsinin başında qırmızı qübbəli ağ çadır dayanmışdı. S.Rəhimov.

QÜBBƏŞƏKİLLİ (ID - 26658)

sif. 1. Qübbəyə oxşar, yarımkürə şəklində olan.
2. Üzərində qübbə şəkilli örtüsü və s. olan.

QÜBBƏVARİ (ID - 26659)

b a x qübbəşəkilli.

QÜDDƏ (ID - 26660)

[ər.] bax vəzi.

QÜDDƏLİ (ID - 26661)

sif. anat. Qüddəsi olan, vəzisi olan.

QÜDRƏT (ID - 26662)

is. [ər.] 1. Böyük qüvvət, güc. Vətənimizin hərbi və iqtisadi qüdrəti gündən-günə artır. // Ümumiyyətlə, güc, iqtidar, qüvvət, bacarıq. Yorulmaq bilməmiş əqlin qanadı; Gör insan əqlinin nə qüdrəti var. S.Vurğun. Can usta,...

QÜDRƏTLƏNMƏK (ID - 26663)

f. Çox güclənmək, çox qüvvətlənmək.

QÜDRƏTLİ (ID - 26664)

sif. Çox qüvvətli, çox güclü. Qüdrətli əllər. Qüdrətli ordu.

QÜDRƏTLİLİK (ID - 26665)

is. Qüdrət sahibi olma; çox qüvvətlilik, güclülük; iqtidar.

QÜDRƏTSİZ (ID - 26666)

QÜDRƏTSİZLİK (ID - 26667)

is. İqtidarsızlıq, gücsüzlük, taqətsizlik, qüvvətsizlik; acizlik, zəiflik, bacarıqsızlıq.

QÜDSİLİK (ID - 26668)

bax qüdsiyyət. Qulam müəllim yaşaran gözlərini təsəvvürünə gətirir, burada bir ülvilik və qüdsilik görürdü. S.Rəhimov.

QÜDSİYYƏT (ID - 26669)

is. [ər.] tənt. Müqəddəslik, təmizlik, paklıq. [Yanardağ:] Cavab ver, odlar gəlini! Axır, bütün ümid sənin qüdsiyyətindədir. C.Cabbarlı. Uğur olsun, Ədhəm, düşməninpuç olsun!. ..Vətən torpağının qüdsiyyəti sənə kömək...

QÜLGÜLƏ (ID - 26670)

is. [fars.] klas. Gurultu, çaxnaşma, səs-küy, mərəkə. Afaqə düşdü qülğülə hüsnündən, ey qəmər! Nəsimi. □ Qülğülə salmaq - səs salmaq. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub, mövzun...

QÜLLƏ (ID - 26671)

is. [ər.] 1. Sütunşəkilli uca tikili, bina və s. Qüllənin zəngi vurdu. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. - ..Qüllələr günəşin şüaları altında qızıl taclar kimi parıldayır. M.Hüseyn.
Hərb gəmisində,...

QÜLLƏLİ (ID - 26672)

sif. Qülləsi olan. Qülləli ev.

QÜLLƏVARİ (ID - 26673)

sif. Qüllə kimi, qülləyə oxşar, qüllə şəklində. Qülləvari bina.

QÜMQÜMƏ (ID - 26674)

[ər.] bax qumquma 1-ci mənada.

QÜNNƏ (ID - 26675)

is. [ər.] dilç. köhn. Burun səsi, burunda tələffüz olunan səs.

QÜRAB (ID - 26676)

is. [ər.] Qaraqarğa (klassik şeirdə gözəllərin qara saçı buna təşbeh edilirdi). Xalın üzündə buğda, başında saçın qürab. M.Ə.Sabir.

QÜRBƏT (ID - 26677)

is. [ər.] 1. Yad ölkədə, yad yerdə olma, vətənindən uzaq ölkədə və ya yerdə olma; qəriblik. Qürbət aləmi, yar fəraqi məni aldı... Heyran xanım. Qürbətin acılıqları hər vaxtdan artıq gecələr hiss olunur. M.S.Ordubadi. Onun...

QÜRBƏTÇİ (ID - 26678)

is. Qürbətdə yaşayan adam, özgə yerlərdə, öz vətəni xaricində yaşayan adam.

QÜRBƏTKEŞ (ID - 26679)

sif. [ər. qürbət və fars. ...keş] Qürbət çəkən, ömrünü qürbətdə keçirən. Təbriz müsəlmanlarının çoxu belədir.. Qürbətkeş olurlar. Ta ki, pul qazanmaq olsun. P.Makulu.

QÜRBƏTLİK (ID - 26680)

b a x qürbət 1-ci mənada. Ey mənim tək göz yaşını saçanlar; Qürbətlikdə ciyər qanın içənlər. M.V.Vidadi. Sonra [Məmməd Həsən əmi] bir qızla sevişdi, haman qızı aldı və bir neçə il gedib Irəvan tərəflərində qürbətlik...

QÜRBƏTZƏDƏ (ID - 26681)

sif. və is. [ər. qürbət və fars. ...zədə] Qürbətə düşmüş, vətənindən uzaq düşmüş, qürbət keçirən; qəriblikdən yorulmuş, usanmış.

QÜRƏ (ID - 26682)

is. [ər.] Püşk. [Cəmaləddin:] Artıq təxir zamanı deyil, qardaşlar, qətli icra etmək üçün fədai təyin olunacaq. Onun üçün qürə atılmalıdır. C.Cabbarlı.

QÜRRƏ (ID - 26683)

[ər.] bax qürrəli. Nə qürrəsən bu vəfasız həyata, ey xacə; Nihayət oldu bu şəb, ömrdür çiraği-səbah. S.Ə.Şirvani.

QÜRRƏLƏNMƏ (ID - 26684)

“Qürrələnmək” dən f.is.

QÜRRƏLƏNMƏK (ID - 26685)

f. Əsassız və boş bir şeyə arxalanaraq qürurlanmaq, güvənmək; iftixar etmək, lovğalanmaq. Boş yerə qürrələnməkdən nə çıxar? - Bu sözü elə övrət ağzına alıb danışar ki, ya atasına ümidi gələ, ya anasına, .. ya ki, öz...

QÜRRƏLİ (ID - 26686)

sif. Məğrur, kibrli, iddialı, təşəxxüs satan, lovğa. Qürrəli adam.

QÜRUB (ID - 26687)

is. [ər.] Batma, üfüqün altına keçib görünməz hala gəlmə. Günəşin qürubu. Qürub vaxtı. - Günəş qürubunun qırmızı buludları günbatan tərəfi .. bürümüşdü. C.Məmmədquluzadə. Uçan durna, sönən qürub nağılları andırır....

QÜRUR (ID - 26688)

is. [ər.] 1. Iftixar, mənlik hissi, təmkin. Yenilməz qüvvətlə vur zərbəni, vur! Gözlərində təmkin, alnında qürur. R.Rza. Nəriman qürurunu pozmadan ağ və soyuq divara daha bərk söykəndi. Mir Cəlal. Bu sevinc əslində bir qürur...

QÜRURLANMA (ID - 26689)

“Qürurlanmaq” dan f.is.

QÜRURLANMAQ (ID - 26690)

f. Boş-boşuna qürrələnmək, iddialanmaq, təşəxxüs satmaq.

QÜRURLU (ID - 26691)

sif. 1. Məğrur, öz mənliyini, cəmiyyətdə öz rolunu, üstünlüyünü hiss edən. O, öz zindanını uçurtmuş bir məhbus, ölkəsini xilas etmək üçün ölümə gedən bir əsgər kimi qürurlu idi. M. İbrahimov. // məc. Əzəmətli, möhtəşəm.
2....

QÜSL (ID - 26692)

is. [ər.] din. Çimmə, yuyunma. Qüsl etmək - çimmək, yuyunmaq. Bir çeşmə yana olub rəvanə; Qüsli-bədən eylərəm bəhanə. Füzuli. Mən eşitmişəm, sizin hamamlarda qüsl üçün hovuz yoxdur. Ə.Haqverdiyev.
□ Qüsl suyu köhn....

QÜSSƏ (ID - 26693)

is. [ər.] Qəm, kədər, hüzn, ürək sıxıntısı, fikir, dərd. [Hacı Qara:] Durum gedim evə, tədarükümü görüm, .. yoxsa qüssədən dərdəcər ollam! M.F.Axundzadə. Izzət qüssədən və Məhəmməd Həsən əmi hirsindən başladılar...

QÜSSƏLƏNDİRİLMƏ (ID - 26694)

“Qüssələndirilmək” dən f.is.

QÜSSƏLƏNDİRİLMƏK (ID - 26695)

məch. Kədərləndirilmək; kədər, qəm-qüssə verilmək.

QÜSSƏLƏNDİRMƏ (ID - 26696)

“Qüssələndirmək” dən f.is.

QÜSSƏLƏNDİRMƏK (ID - 26697)

f. Kədərləndirmək, qəmləndirmək, dərdləndirmək; dərd vermək; kədərlənməsinə, qəmlənməsinə, dərdlənməsinə səbəb olmaq.

QÜSSƏLƏNMƏ (ID - 26698)

“Qüssələnmək” dən f.is.

QÜSSƏLƏNMƏK (ID - 26699)

f. Kədərlənmək, qəmlənmək, dərdlənmək, fikir çəkmək. Tamam mənə yanaşıb dedi: - Heç qüssələnmə, doqquz aydan sonra yenə gələcəksən, burada şad görüşəcəyik. S.S.Axundov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed