İzahlı lüğət

QAYSAQLANMIŞ (ID - 24150)

bax qasnaqlanmış. Payız günəşindəparıldayan kotanlar qaysaqlanmış əkin yerinə bataraq, torpağı lay-lay şumlayaraq uzaqlaşdı. M.Hüseyn.

QAYSAQLI (ID - 24151)

bax qasnaqlı. Bostan təzə, bağ təzə; Maral təzə, dağ təzə; Qaysaqlı yaram üstə; Yar çəkibdi dağ təzə. (Bayatı).

QAYSAVA (ID - 24152)

is. Qaysı qurusundan hazırlanan yemək; plovun xuruşlarından biri. İtin əbləhi qaysavadan pay umar. (Ata. sözü). Göyçənin qonağa çoxdu hörməti; Qaysava, qayğanaq verir ləzzəti; Plov, dolma, kabab, əmliyin əti; Insaf elə, tək motaldan...

QAYSAVALIQ (ID - 24153)

sif. Qaysava bişirmək üçün yararlı.

QAYSI (ID - 24154)

is. Cənubda bitən həmin adlı ağacın sarı, ətli, çəyirdəkli şirin meyvəsi. Qaysı ağacı. Qaysı mürəbbəsi. Qaysı bağı. - Allahyar beş-on girvənkə düyü, kişmiş, qaysı aldı. Iki kəllə qənd götürdü. İ.Şıxlı.

QAYTAĞI (ID - 24155)

is. mus. Çox iti surətdə ifa edilən Azərbaycan xalq rəqsi və bu rəqsin havası. Kəndir üstə oynanan rəqslər qaytağı, təkçalma və sairədir. H.Sarabski. ..Orkestr “Qaytağı” çaldıqda biz bu qaytağının havasını (melodiyasını)...

QAYTAQ (ID - 24156)

is. Bağ, bənd.
□ Ağzının qaytağı yoxdur - danışığını bilməyən, ağzına gələni danışan adam haqqında.

QAYTAN (ID - 24157)

is. Yumşaq iplikdən, ipəkdən və s.-dən hörülmüş bağ, ip. Yumru qaytan. Tufli qaytanı. - Ağcaxanım yaradan bir o qədər şikayət etmirdi. Yaradan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi. S.S.Axundov. Incə və...

QAYTANLAMA (ID - 24158)

“Qaytanlamaq” dan f.is.

QAYTANLAMAQ (ID - 24159)

f. 1. Qaytan keçirmək, qaytanla bərkitmək (bağlamaq). Ayaqqabıları qaytanlamaq. Paltarın kənarlarına, ətəyinə və ya tikiş yerlərinə qaytan qoymaq, qaytan ilə çevirmək. Keçmişdə qadınlar paltarlarını qaytanlardılar.

QAYTANLANMA (ID - 24160)

“Qaytanlanmaq” dan f.is.

QAYTANLANMAQ (ID - 24161)

məch. Qaytan keçirilmək, qaytanla bərkidilmək (bağlanmaq).

QAYTANLANMIŞ (ID - 24162)

f.sif. Qaytan keçirilmiş, qaytanla bərkidilmiş, bağlanmış. Qaytanlanmış ayaqqabı. Qaytanlanmış dəftər.

QAYTANLI (ID - 24163)

sif. Qaytanı olan, qaytanla bağlanan, qaytanla bağlanmış. Altun qaytanlı saatların əqrəbləri çox təxirlə sürünürdü. M.S.Ordubadi. Şamxal ayağa durub kəmərini daraltdı. Boğazı qaytanlı köynəyinin qırışlarını arxaya tərəf...

QAYTARICI (ID - 24164)

is. xüs. İşıq, ya istilik şüalarını, elektromaqnit dalğalarını və s.-ni qaytarmaq (əks etdirmək) üçün qurğu, cihaz.

QAYTARILMA (ID - 24165)

“Qaytarılmaq” dan f.is.

QAYTARILMAQ (ID - 24166)

“Qaytarmaq” dan məch. Borc hələ də qaytarılmamışdır. - ..Bu güzəştlərin müqabilində Əmirəlmöminin Qızıl Arslanla bağlanmış əhdnamənin geri qaytarılmasını tələb edir. M.S.Ordubadi.

QAYTARILMAZ (ID - 24167)

sif. 1. Qaytarılmayan, qaytarıla bilməyən. Qaytarılmaz itki. - Düşmənimiz arxalandı; Silahına, öz gücünə; Zora təslim olan torpaq; Qaytarılmaz söz gücünə. B.Vahabzadə.
2. Geri qaytarılmalı olmayan, həmişəlik verilən. Qaytarılmaz...

QAYTARIŞ (ID - 24168)

is. Qaytarma işi, qaytarma, qaytarılma.

QAYTARMA (ID - 24169)

is. 1. “Qaytarmaq” dan f.is.
bot. Çoxillik çəmən bitkisi. Oyun havalarından birinin adı.

QAYTARMAQ (ID - 24170)

f. 1. Alınmış, yaxud göndərilmiş bir şeyi geri vermək (göndərmək). Kitabı oxuyub mənə qaytar. Borcunu qaytarmaq.
Xahişlə və ya başqa bir yol ilə bir yerə qayıtmağa, yaxud geri dönməyə məcbur etmək; geri döndərmək. Yarı...

QAZ1 (ID - 24171)

is. zool. Ördəyə bənzər, lakin ondan böyük, uzunboğaz, əti yeyilən su quşu. Qaz əti. Qaz yumurtası. - Yeyərsən qaz ətini, görərsən ləzzətini. (Ata. sözü). Əgər məşuqə mənzurundu, get bir şahbaz istə; Bu məşhur bir məsəldir,...

QAZ2 (ID - 24172)

[fr.] kim. 1. Ayrı-ayrı hissəcikləri bir-biri ilə çox zəif bağlı olan və sərbəst surətdə hərəkət edib hər tərəfi qaplamağa qabil olan fiziki cisim, maddə. Təbii qaz. Boğucu qaz. Mədənlərdən, neft quyularından çıxan qazların...

QAZ3 (ID - 24173)

is. [fr.] Yarımşəffaf ipək parça. // Bu parçadan tikilmiş və ya qayrılmış. Qaz örtü. Qaz şərf.

QAZAĞI1 (ID - 24174)

sif. Qazaq formasında. Qazağı paltar. Qazağı papaq.

QAZAĞI2 (ID - 24175)

is. mus. Azərbaycan ovun havalarından biri (Azərbaycanın Qazax şəhərinin adından).

QAZAX (ID - 24176)

is. Qazaxıstanın əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam.

QAZAXCA (ID - 24177)

sif. və zərf Qazax dilində. Qazaxca qəzet. Qazaxca danışmaq.

QAZAQ (ID - 24178)

is. 1. B a x kazak.
Çar Rusiyasında: ayrıca bir təbəqə təşkil edən atlı qoşunun süvarisi, nəfəri. Şuşa naçalnikinin qazaqları Nəbini axtarmağa başladılar. “Qaçaq Nəbi” . Şəban qapını açdı. Neçə nəfər polis əmələsi...

QAZAQBAŞI (ID - 24179)

is. tar. Qazaq zabiti, qazaq dəstəsinin başçısı.

QAZAQYANA (ID - 24180)

is. etnoqr. məh. Köhnə məişətdə: tov adətlərindən birinin adı. Gəlin aparan zaman o məhəllənin adamları faytonun qabağını kəsərdi. Onlar oğlan adamından xələt almayınca gəlini aparmağa qoymazdılar. Bu adətin adına qazaqyana...

QAZALAQ1 (ID - 24181)

is. məh. Keçmişdə Abşeronda: təkatlı, ikitəkərli araba növü. Abşeronda qazalaq adlanan bir araba dayanmışdı yolda və Əlimürsəl kişi ilə o qazalağa minmişdik.. Ə.Məmmədxanlı.

QAZALAQ2 (ID - 24182)

is. Quş növlərindən biri. Göy ot bitib, gül açıb, yaz gəlib, oxur qazalaq; Qışı çıxardıb uşaqlar, qaçırlar çay-çəmənə. Şəhrivar.

QAZALAQÇI (ID - 24183)

is. məh. köhn. 1. Qazalaq sürücüsü, yaxud qazalaq sahibi. Qazalaq qavıran usta.

QAZAMAT (ID - 24184)

is. [əsli ital.] Dustaqxana, həbsxana. Qazamat istidir, yata bilmirəm; Qıçımda qandalaq, qaça bilmirəm. “Qaçaq Nəbi” . Dağ aşıb, düzə gəlləm; Sürmə çək gözə, gəlləm; Yüz il qazamat çəksəm; Çıxcağın sizə gəlləm....

QAZAMATI (ID - 24185)

sif. köhn. Qazamata məxsus, məhbuslara məxsus. [Sonqulu] əynində uzun qazamatı şinel həbsxanadan çıxarkən, izdiham bunun məğrurluğuna .. təəccüb edirdi. H.Sarabski.

QAZAN (ID - 24186)

is. İçində xörək bişirmək, su qaynatmaq və s. üçün böyük girdə metal qab. Mis qazan. Aş qazanı. Qulplu qazan. Buxar qazanı. - Qazan olmayan yerdə güvəc də qazandır. (Ata. sözü). Ocaq daşının üstündə iri qazandan plov qoxusu...

QAZANAOXŞAR (ID - 24187)

bax qazanvari. Bu adamın çox gülünc görünüşü vardı. Başında qablama qazanaoxşar Buxara dərisindən qara papaq var idi. H.Sarabski.

QAZANC (ID - 24188)

is. 1. Qazanılan, əldə edilən şey; fayda, xeyir. Bundan heç bir qazanc yoxdur. Bunun qazancı nədir? - [Fatma xanım:] Mənim axır qazancım budurmu? N.Vəzirov. // Qənimət. Dünyadan xoş keçən bir gün aparaq; Qazancdır gəncliyin hər...

QAZANCLI (ID - 24189)

sif. Gəlirli, mədaxilli, faydalı, istifadəli, mənfəətli. Qazanclı iş. - Keykavusun din xadimlərinə münasibəti də qəribədir.
O, din xadimi olmağı ən faydalı, ən xeyirli və ən qazanclı sənət hesab edir. “Qabusnamə” .

QAZANCSIZ (ID - 24190)

sif. Qazancı, gəliri olmayan; gəlirsiz, faydasız.

QAZANÇA (ID - 24191)

kiç. Balaca qazan, yüngül qazan. Səlim .. yanaşı iki qara daş qoyub, qazançanı onların üstündə asmışdı. M.Hüseyn. Qazançalar danqıldadı, qaşıqlar cingildədi, hərə bir tərəfə səpələnib aşpazdan aldıqları xörəyi yeməyə...

QAZANÇI (ID - 24192)

is. 1. Mis və ya başqa metaldan qazan qayıran usta.
Buxar qazanlarını quran usta.
Buxar qazanlarını qızdıran və ona qulluq edən fəhlə.

QAZANÇILIQ (ID - 24193)

is. Qazançı sənəti, peşəsi.

QAZANDIRMA (ID - 24194)

“Qazandırmaq” dan f.is.

QAZANDIRMAQ (ID - 24195)

f. Qazanmasına, əldə etməsinə, çatmasına səbəb olmaq, vasitə olmaq, kömək etmək, nail etmək. Siz mənə ömrümdə [görə] bilməyəcəyim bir səadəti qazandırdınız. M.S.Ordubadi.

QAZANXANA (ID - 24196)

is. xüs. Buxar qazanlarının olduğu bina, yer. [Salamov:] Adə, .. qazanxanadan dünən çıxmışsan, qazamatdan bu gün qaçmışsan, sən də mənə kələk gəlirsən! C.Cabbarlı. [Qəhrəman:] Mən istəyirəm, bizim məktəbin taxtapuşundan...

QAZANILMA (ID - 24197)

“Qazanılmaq” dan f.is.

QAZANILMAQ (ID - 24198)

məch. Əldə edilmək. Bilik və məlumat çox əmək nəticəsində qazanılır. [Qətibə Hüsaməddinə:] Əziz dostum, həyatda sıçramaq qorxulu bir cəsarətdir. Mərtəbələr tədrici bir surətdə qazanılır. M.S.Ordubadi.

QAZANILMIŞ (ID - 24199)

f.sif. Əldə edilmiş. [Laçın bəy:] Tanıyıram, yaxşı tanıyıram.. Tamam ömürlərində bir gün-gecə halal zəhmət ilə qazanılmış tikə yeməyiblər.. N.Vəzirov. [Kürd Əhməd:] Mərdimazarçılıqla qazanılmış bir çörəyi yeyib...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed