QAZANCis. 1. Qazanılan, əldə edilən şey; fayda, xeyir. Bundan heç bir qazanc yoxdur. Bunun qazancı nədir? - [Fatma xanım:] Mənim axır qazancım budurmu? N.Vəzirov. // Qənimət. Dünyadan xoş keçən bir gün aparaq; Qazancdır gəncliyin hər xoş nəğməsi. S.Vurğun.
İşləməklə, çalışmaqla əldə edilən şey, nəticə, səmərə. Öz əməyinin qazancını görmək. Qazanc dalısınca getmək. □ Qazanca çatmaq - 1) xeyir əldə etmək, fayda görmək. [Almaz:] Bu onun öz faydasıdır. Həm oxuyacaq, həm də qazanca çatacaqdır. C.Cabbarlı; 2) qazanmaq, qazanc əldə etmək. Əymə əyər, mənfəət ilə satar; Pul qazanar, yaxşı qazanca çatar. A.Səhhət. // Gəlir, mədaxil. [Heydər bəy:] Deyək ki, toy istəmədin, axır gərəkməz ki, mənim bir qazanc yolum ola, çörək istəməzsənmi? M.F.Axundzadə. Atabala sözünə davam edərək: - Bilirəm, mənim azacıq qazancım səni yaxşı yaşada bilmir, - dedi. A.Şaiq. Qoyulmuş xərc ilə əldə edilən gəlir arasındakı fərq; mənfəət. Mal satışından alınan qazanc. - [Hacı Qara:] Beş yüz manat nağd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harada görülübdür? M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|