İzahlı lüğət

QALAÇA (ID - 23100)

is. Kişik müdafiə tikilisi; xırda qala. Qalaça küncünə qısılan şahın; Xalqı palçıq kimi tapdanacaqdır. M.Araz.

QALAĞAN (ID - 23101)

bax qanqal. Düşdü bu fikrə eşşəyi-nadan; Ta gedib otlasın o da qalağan. S.Ə.Şirvani.

QALAKTİKA (ID - 23102)

[yun.] astr. Ulduzlar sistemi - bütün ulduzların və qaz, toz dumanlıqlarının hamısının birlikdə adı. Məlumdur ki, nəhayətsiz kainatda saysız çox ulduz aləmləri vardır. Bu ulduz aləmlərinə elmdə qalaktika deyilir. Hüseynov.

QALAQ (ID - 23103)

is. Bir yerə qalanmış, üst-üstə yığılmış, yığın halında olan şey; yığın, topa. Odun qalağı. Dərz qalağı. Qar qalağı. Torpaq, qum qalağı. - Məmmədəli əminin həyətinin aşağı tərəfində bir yekə gərmə qalağı var...

QALAQLAMA (ID - 23104)

“Qalaqlamaq” dan f.is.

QALAQLAMAQ (ID - 23105)

f. Qalaq vurmaq, komalamaq, bir yerə toplamaq, üst-üstə yığmaq. Taxıl dərzlərini qalaqlamaq. - Bəziləri isə dizi üstə oturub yenicə gətirdikləri quru odunu qalaqlayırdılar. M.Hüseyn.

QALAQLANMA (ID - 23106)

“Qalaqlanmaq” dan f.is.

QALAQLANMAQ (ID - 23107)

məch. Qalaq vurulmaq, komalanmaq, bir yerə toplanmaq, üst-üstə yığılmaq. Qara damlar adda-budda salınmışdı, dal tərəflərində təzək qalaqlanmışdı. Çəmənzəminli. Görünürdü güclü bir qar gələcək, qar qarın üstünə qalaqlanacaq,...

QALAQLANMIŞ (ID - 23108)

f.sif. Qalaq vurulmuş, komalanmış, üst-üstə yığılmış. Dəniz üzərində bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. M.Hüseyn. Biryığın bulud layları göyün tən ortasında...

QALAQLATMA (ID - 23109)

“Qalaqlatmaq” dan f.is.

QALAQLATMAQ (ID - 23110)

icb. Qalaq vurdurmaq, üst-üstə yığdırmaq, qalaqlama işi gördürmək.

QALAMA (ID - 23111)

“Qalamaq” dan f.is. □ Bir qalama - ağzına qədər dolu, dopdolu, çoxlu. [Pivəxanada] oturanlar hər stəkana bir qalama nəlbəki noxudu yeyib qabığını da tökürdülər yerə. Qantəmir.

QALAMAQ (ID - 23112)

f. 1. Bir-birinin üstünə yığmaq, qalaq-qalaq yığmaq, toplamaq, komalamaq. Odunları qalamaq. Kərpici qalamaq. Vəliqulu boş nimçələri bir-birinin üstünə qalayıb istəyirdi otaqdan qaça aşpazxanaya. C.Məmmədquluzadə.
2. Ocağa,...

QALANMA (ID - 23113)

“Qalanmaq” dan f.is.

QALANMAQ (ID - 23114)

məch. 1. Üst-üstə yığılmaq, topalanmaq, komalanmaq. Ot biçildikdən sonra, qalanıb taya vuruldu. - Sol tərəfdə divara səmt qalanmışdı çiy kərpic, vəssəlam. C.Məmmədquluzadə. Arabaya ot qalanar, dağ olar; Kəndlilərin onda kefi...

QALANTERIYA (ID - 23115)

[fr.] Müxtəlif xırda bəzək və tualet malları (daraq, muncuq, boyunbağı, bəzək sancağı, lent və s.); xərəziyyat, xərəzi malları.

QALAT(DIR)MA (ID - 23116)

“Qalat(dır)maq” dan f.is.

QALAT(DIR)MAQ (ID - 23117)

icb. 1. Bir-birinin üstünə yığdırmaq, komalatmaq. Odunları bir yerə qalatmaq.
2. Ocağa, sobaya və s.-yə odun, kömür qoydurub yandırtmaq. Ocağı qalatmaq. Tən diri qalatmaq. - Hər şeyin çarəsi var! - deyə Vaqif lələni çağırıb...

QALAY (ID - 23118)

is. Kimyəvi element - tezəriyən yumşaq, gümüşü ağ metal. Arxeoloji qazıntılar göstərir ki, qədimdə birinci alətlər qayırmaq üçün qalaydan istifadə edirmişlər.. // Mis qab-qacağın üzünə çəkilən incə qalay təbəqəsi. Qazanın...

QALAYÇI (ID - 23119)

is. Mis qabları qalaylayan usta; qabağardan. [Evin qadınları] mis qab-qacağı qalayçıya göndərib ağartdırır(dılar). H.Sarabski.

QALAYÇILIQ (ID - 23120)

is. Qalayçının işi, sənəti.

QALAYLAMA (ID - 23121)

“Qalaylamaq” dan f.is.

QALAYLAMAQ (ID - 23122)

f. 1. Mis qabları pasdan qorumaq üçün onların üzünə xüsusi üsullarla qalay çəkmək, onları qalayla ağartmaq. Qazanı qalaylamaq.
2. məch. Səthi və üzdən zinət vermək.

QALAYLANMA (ID - 23123)

“Qalaylanmaq” dan f.is.

QALAYLANMAQ (ID - 23124)

məch. Qalay çəkilmək, qalay vurulmaq, qalayla ağardılmaq. Mis qabqacaq qalaylanmışdır.

QALAYLANMIŞ (ID - 23125)

f.sif. bax qalaylı. Qalaylanmış qazan. - Səhləbçilər yenicə qalaylanmış iri çaydanlarını sallayaraq: “Səəlləbisinə məlhəmi!” - deyə bağırırlar. Çəmənzəminli. Qızxanım nənə qalaylanmışparçı.. Almurad babaya verdi....

QALAYLATMA (ID - 23126)

“Qalaylatmaq” dan f.is.

QALAYLATMAQ (ID - 23127)

icb. Qalay çəkdirmək, qalaylama işi gördürmək, ağartdırmaq. Qazanı qalaylatmağa vermək.

QALAYLI (ID - 23128)

sif. 1. Üzərinə qalay vurulmuş, qalayla ağardılmış. Qalaylı qazan. Qalaylı tava.
məc. Üzdən bəzədilmiş, zahirən gözəl; saxta.

QALDIRICI (ID - 23129)

1. sif. Qaldıran, ağırlıq qaldıran. Qaldırıcı mexanizm. - Yeni tikilmiş buruqda qaldırıcı maşın təzə qazma borularını çəkib yuxarı apardı. M.Hüseyn. Yuxarıda qaldırıcı kran hərlənərək xortumunu suyun üzərinə salladı....

QALDIRILMA (ID - 23130)

“Qaldırılmaq” dan f.is.

QALDIRILMAQ (ID - 23131)

“Qaldırmaq” dan məch. Yerə tökülmüş şeylər qaldırıldı. Lövbər qaldırıldı, gəmi yola düşdü. Bayraqlar qaldırıldı. Divar bir metr yuxarı qaldırıldı.

QALDIRIM (ID - 23132)

is. köhn. Səki. Gecəki yağmurlardan çuxurlar göl-göl durmuş, ensiz bir qaldırım üzərində gəzirdim. A.Şaiq. [Rüstəm bəy və Çingiz] küçəyə çıxdılar, hava çiskindi. Geniş qaldırımların üstə çıraqların işığı uzun əkslər...

QALDIRMA (ID - 23133)

“Qaldırmaq” dan f.is.

QALDIRMAQ (ID - 23134)

f. 1. Əyilərək yerdən götürmək, qalxızmaq. Kitabı qaldırmaq. Daşı qaldırmaq. Yerə düşmüş yaylığı qaldırmaq. Uşağı yerdən qaldır. // Aşağıdan yuxarıya çıxartmaq, yuxarıya aparmaq (dalında, çiynində, əlində, yaxud...

QALDIRTMAQ (ID - 23135)

“Qaldırmaq” dan icb.

QALEREYA (ID - 23136)

[fr.] 1. Binanın ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirən örtülü uzun eyvan. Şüşəbənd qalereya. Qala tikililərini, yaxud şaxtanın ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirən yeraltı yol.
Teatrın, ucuz qiymətli...

QALEREYALI (ID - 23137)

sif. Qalereyası olan.

QALET (ID - 23138)

[fr.] Peçenye növü. Uzun, büllur vazlardakı mürəbbədən, qənddən çaya saldılar, qaletdən yeyib çaydan içdilər. S.Rəhman.

QALĞI (ID - 23139)

b a x qalıq 1-ci mənada.

QALXAQ (ID - 23140)

bax qalxıq. Balacayev tüküyolunmuş sısqa cücəyə, .. ortaboylu, çiyinləri qalxaq Sübhanverdizadə isə xortumlu bir filə dönmüşdü. S.Rəhimov.

QALXAN (ID - 23141)

is. köhn. Qədim müharibələrdə qılınc və s. zərbəsindən qorunmaq üçün əldə tutulan dairə və ya düzbucaq şəkilli sipər (ağacdan, metaldan, dəridən qayrılardı). Qədim zamanda qılınc və qalxan müharibənin başlıca alətləri...

QALXANABƏNZƏR, QALXANAOXŞAR (ID - 23142)

bax qalxanvari.

QALXANCIQ (ID - 23143)

is. zool. Qın, sərt örtü (qabıq). Yumşaqbədənlilərin bəziləri yastı formada olub, arxalarında qabıq əvəzinə qalxancıq vardır. “Zoologiya” .

QALXANQULAQ (ID - 23144)

sif. Yekəqulaq, qulaqları böyük; iri qulaqlı.

QALXANLI (ID - 23145)

sif. Qalxanla silahlanmış.

QALXANLICA (ID - 23146)

is. məh. Quru yamaclarda bitən bir bitki.

QALXANŞƏKİLLİ (ID - 23147)

bax qalxanvari.

QALXANVARİ (ID - 23148)

sif. Şəkilcə qalxana oxşayan.
□ Qalxanvari vəzilər anat. - insanın və onurğalı heyvanların orqanizmində maddələr mübadiləsində iştirak edən daxili sekresiya vəziləri.

QALXIQ (ID - 23149)

sif. Qalxmış halda olan, dik (yatıq müqabili). Onun .. şinelinin qalxıq yaxasından üzü və çuxura düşmüş gözləri də güclə görünürdü. Ə.Əbülhəsən.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed