İzahlı lüğət

QIMIŞMA (ID - 25050)

“Qımışmaq” dan f.is.

QIMIŞMAQ (ID - 25051)

f. Dodaqaltı gülmək, gülümsəmək. Usta bu sualın mənasını bilməsə də, Yunisi gülmək tutdu. Qımışıb, özünü saxladı. Mir Cəlal. Mirzə Kələntər maarif şöbəsinin müdirinin üzünə baxıb qımışdı. S.Rəhman.

QIMIZ (ID - 25052)

is. 1. Turşumuş at (bəzən dəvə) südündən hazırlanan qidalı içki. Qımızla müalicə. - Buyur, zəhmət çək, atından düş yerə; Varımızdır qımız, çörək, bal, kərə. A.Səhhət. Məlumdur ki, at südündən müalicəvi əhəmiyyəti...

QIMZANDIRMAQ (ID - 25053)

f. məh. Tərpətmək, dikəltmək, durğuzmaq, qalxızmaq.

QIMZANMAQ (ID - 25054)

f. məh. Tərpənmək, qalxmaq istəmək, durmağa çalışmaq.

QIMZATMAQ (ID - 25055)

f. məh. Tərpətmək, qalxızmaq, durğuzmaq.

QIN (ID - 25056)

is. 1. Xəncər, qılınc və s. kəsər silahları qoymaq üçün qab. ..Şeypur səsləri ucaldı, atlılar bir kərə qılınclarını qınından çıxardılar. M.S.Ordubadi. Düşmən başı sağ olunca misri qılınc qına girməz. R.Rza. Almurad...

QINAQ (ID - 25057)

is. Qınama, danlama, məzəmmət, töhmət, danlaq. Qorxmamışıq dost görünən düşmənlərin qınağından. R.Rza. Ata ticarətə uyub qazanc gətirir, tacirlər mühiti isə getdikcə qınağı, məzəmməti artırırdı. Ə.Əbülhəsən. [Sevər:]...

QINAMA (ID - 25058)

“Qınamaq” dan f.is.

QINAMAQ (ID - 25059)

f. Məzəmmət etmək, danlamaq, təqsirləndirmək, töhmətləndirmək. Ey məni qınayan, ağlama, deyib; Ağlar yarı gedən bəs ağlamazmı? M.V.Vidadi. Qınamasın məni könlü bütünlər; Fikrim dağınıqdır, xatirim övraq. Q.Zakir. Dostlar...

QINANMA (ID - 25060)

“Qınanmaq” dan f.is.

QINANMAQ (ID - 25061)

məch. Məzəmmət edilmək, danlanmaq; təqsirləndirilmək, töhmətləndirilmək.

QINC (ID - 25062)

is. [ər. ğunc] Naz, qəmzə, işvə, özünü əzib-büzmə. Başı kəllədən daraqlı, ətəyi yerlə sürünən xanım qıncla (z.) “buyurun” deyib ağzını büzdü. S.Rəhimov.

QINCANMA (ID - 25063)

“Qıncanmaq” dan f.is.

QINCANMAQ (ID - 25064)

f. Naz eləmək, nazlanmaq, özünü əzib-büzmək. QINDI is. məh. Süddə bişən sıyıq un xörəyi, horra.

QINDIRĞA (ID - 25065)

məh. 1. is. bot. Quraqlıq yerlərdə bitən nazik, uzun, tikanlı ot.
sif. Bir-birinə yapışmış, dolaşıq, kilkə. Qındırğa saç (yun).
sif. Həddən artıq bərk, quru.

QINIF (ID - 25066)

is. məh. Bitkilərin yeməli tumlarının qabığı, qını.

QINLI (ID - 25067)

sif. Qını olan. [Buğacın] ..belində zərif nəqşli tirmə qurşağa taxılmış, ağ şirmayı dəstəkli, qırmızı qınlı bir bıçaq .. var idi. M.Rzaquluzadə. Musa belinə uzun və qara qınlı xəncərini bağlayıb Sultanbuda yola düşdü....

QINVARİ (ID - 25068)

sif. Qına oxşar, qınşəkilli, qın kimi.

QIPÇAQLAR (ID - 25069)

cəm, tar. XI-XII əsrlərdə cənubi rus torpaqlarını tutmuş, peçeneqlərə yaxın türkdilli xalq. Əya kim qulların qoçdur, Nəsimi qamudən kəmtər; Bəsa türkü, bəsa qıpçaq, bəsa zənci, bəsa hindu. Nəsimi. Son illərdə bir neçə...

QIPIQ (ID - 25070)

sif. Yarıörtülü, yarıyumulu, tam açıq olmayan (göz haqqında).

QIPQIRMIZI (ID - 25071)

sif. 1. Tünd-qırmızı, çox qırmızı, lap qırmızı. Qıpqırmızı alma. - ..Bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Qıpqırmızı don geyindi ellərim; Qaranlığı boğazlayıb doğdu gün. S.Rüstəm....

QIPQIZIL (ID - 25072)

sif. Çox qırmızı, tünd-qırmızı.

QIPMA (ID - 25073)

“Qıpmaq” dan f.is.

QIPMAQ (ID - 25074)

b ax qırpmaq.

QIR1 (ID - 25075)

is. 1. Neft qalıqlarından hazırlanan, damlara, səkilərə və s.-yə salınan qara rəngli qatı maddə. Qır salmaq. Qır tiyanı. Hava .. qır qoxusu ilə dolub daha da ağırlaşırdı. Ə.Əbülhəsən.
Qəlyanın, müştükün içində və...

QIR2 (ID - 25076)

is. köhn. Düzən, çöl. Cənnət qoxan qırlar, əngin obalar; Bir atlazdır, yaşıl ucu görünməz. A.Şaiq.

QIR3 (ID - 25077)

is. Dayaz quyudan su çəkmək və ya başqa məqsədlər üçün bir ucu qarmaq şəklində ağac və s. Qır ilə quyudan su çəkmək. Qır ilə ağacın başındakı meyvələri dərdim. - Yelkən xurma yarpaqlarından toxunmuş və qır ilə möhkəmlənmiş...

QIR4 (ID - 25078)

is. dan. Naz, qəmzə, şivə. □ Qır vermək (satmaq) - nazlanmaq, naz eləmək.

QIRA (ID - 25079)

is. məh. Təndirdən çörəyi qoparmaq üçün qarmaqlı alət. // Qarmaq. ..Küçədə qıradan tutub dartanda məftilin vasitəsilə zəng içəridə tərpənir, ciringildəyirdi. Ə.Əbülhəsən.

QIRACAQ (ID - 25080)

is. Nallanan atın dırnağını kəsib hamarlamaq üçün alət. Nalbənd qıracaqla atın dırnağını kəsdi.

QIRAQ (ID - 25081)

is. 1. Bir şeyin kənarı, həddi, son xətti, yan tərəfi, yanı. Stolun qırağı. Bağlar yol qırağı ilə uzanıb gedir. - Sağ əlimi masanın qırağına dayayıb durdum. A.Şaiq. Firidun xırmanın qırağında hələ döyülməmiş buğda...

QIRAQ-BUCAQ (ID - 25082)

is. 1. Kənar, ətraf, yanyörə. [Kərəmov:] Kağız çatışmır, köhnə protokolların qıraq-bucağına yaz. S.Rəhman.
2. Ətraf yer, kənarda olan yer.

QIRAQDAN (ID - 25083)

zərf Kənardan. Qıraqdan baxanlar müəllimin qorxaqlığına gülmüşdülər. Mir Cəlal.

QIRAQLAMAQ (ID - 25084)

f. Bir parçanın və s.-nin qıraqlarını kəsib düzəltmək. // Bir şeyin ətrafını, kənarlarını bərkitmək, başqalarından ayırmaq.

QIRAQLI (ID - 25085)

1. sif. Qırağı, kənarı olan.
2. is. məh. Su qırağında (sahilində) yaşayan adam.

QIRBA(N)C (ID - 25086)

bax qırma(n)c. Əməlli-başlı tənbəlləşən at, bir xeyli qırbanc yedikdən sonra götürüldü. Ə.Əbülhəsən.

QIRBA(N)CLAMA (ID - 25087)

“Qırba(n)clamaq” dan f.is.

QIRBA(N)CLAMAQ (ID - 25088)

b a x qırma(n)clamaq. ..Güllünü bu dəfə də himayə edərək, Ballının üzərinə atılıb qırbaclarkən, Səfər artıq dayanmadı. A.Şaiq.

QIRBASAN (ID - 25089)

bax qırçı. [Köhnə Bakıda] ümumiyyətlə peşəkarlar: bənna, xarrat, dəmirçi, qırbasan .. və sairə çox olardı. H.Sarabski. Doğrudur, mənim gəlinim yəhudidən, .. urusdan yaşınmır, dəlləkdən, qalayçıdan, qırbasandan çəkinmir....

QIRBİŞİRƏN (ID - 25090)

b ax qırçı.

QIRÇI (ID - 25091)

is. Qır bişirən, qır salan usta.

QIRÇILIQ (ID - 25092)

is. Qırçı sənəti, qırçı peşəsi.

QIRÇIN (ID - 25093)

is. 1. Paltarda və s.-də qırışıq şəklində naxış. Paltarın qırçını. - Paltarın üst hissəsinin kiçik büzmələrini və qırçınlarını tikdikdən sonra, kürək hissə ilə döş hissə bir-birinə bənd edilir. “Az. qad.” . //...

QIRÇIN-QIRÇIN (ID - 25094)

zərf və sif. Qırçınlar halında, qırış-qırış. Tumanın uzun balağı qırçınqırçın olub stulun oturacaq yerindən aşağı sallanır, [Sonanın] al məxmərdən geydiyi yumşaq başmağına toxunurdu. Ə.Əbülhəsən.

QIRÇINLAMA (ID - 25095)

“Qırçınlamaq” dan f.is.

QIRÇINLAMAQ (ID - 25096)

f. 1. Qırçın-qırçın etmək.
2. Burub arasına salmaq. [Zöhrə] ..birçəklərini qoçbuynuzu burdu, sonra balaca darağı ilə telini darayıb birçəklərinin arasında qırçınladı. Ə.Vəliyev.

QIRÇINLANMA (ID - 25097)

“Qırçınlanmaq” dan f.is.

QIRÇINLANMAQ (ID - 25098)

məch. Qırçın-qırçın edilmək.

QIRÇINLI (ID - 25099)

sif. Qırçınları olan. Qırçınlı paltar. Qırçınlı məcməyi. - Kiçik balkona qoyulmuş qırçınlı ağ samovar şaqqaşaq ilə qaynayırdı. S.Rəhimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed