
QINAQis. Qınama, danlama, məzəmmət, töhmət, danlaq. Qorxmamışıq dost görünən düşmənlərin qınağından. R.Rza. Ata ticarətə uyub qazanc gətirir, tacirlər mühiti isə getdikcə qınağı, məzəmməti artırırdı. Ə.Əbülhəsən. [Sevər:] Yazıq balam, .. bu ölümcül yaradan qurtarsa da, el qınağından qurtarmayacaq. P.Makulu.
Paylaşın - Hamı bilsin
|