İzahlı lüğət

QURTARMAZLIQ (ID - 26500)

is. Bitməzlik; bitməyən, qurtarmayan şeyin xassəsi, halı.

QURT-QURT (ID - 26501)

təql. Darboğazlı qabdan maye tökülərkən, yaxud su və b. maye içərkən boğazdan çıxan səs.

QURTULDAMA (ID - 26502)

“Qurtuldamaq” dan f.is.

QURTULDAMAQ (ID - 26503)

f. Qurt-qurt etmək. Ağanın boğazı qurtuldadı. S.Rəhimov.

QURTULDATMA (ID - 26504)

“Qurtuldatmaq” dan f.is.

QURTULDATMAQ (ID - 26505)

f. Qurt-qurt içmək və ya tökmək. Qarı stəkanının son damlasını da qurtuldadıb [dedi:] - Allah ağzını şirin eləsin! S.Rəhimov. // Qurt-qurt yemək (duru xörəyi). Mən qana bilmirəm, mümkün olan işdirmi, düşbərəni qurtuldadım,...

QURTULMA (ID - 26506)

“Qurtulmaq” dan f.is.

QURTULMAQ (ID - 26507)

f. Xilas olmaq, azad olmaq, nicat tapmaq; canını xilas etmək. Can nə quşdur ki, qurtula deyəsən; Ənbərin zülfünün duzağından. Nəsimi. [Əvvəlinci ərizəçi:] ..Bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu,...

QURTULUŞ (ID - 26508)

is. Xilas, nicat, azadlıq; azad olma, xilas olma, nicat tapma. Qurtuluş bayramı. - Əlində tutduğun o böyük məşəl; Göstərir aləmə qurtuluş yolu. S.Vurğun. Qələbələrimiz bütün dünyada sülh və azadlıq cəbhəsinin ən möhkəm...

QURTUM (ID - 26509)

is. Adətən saylarla: bir qurtum - bir içim, bir udum. Bir qurtum su. [Gülcahan:] Üç gündür ki, nə onun, nə də mənim boğazımdan bir qurtum su da keçməyibdir. N.Vəzirov. Allahqulu piyaləni dodaqlarına yapışdırıb, bir qurtum aldı.....

QURTUMLAMA (ID - 26510)

“Qurtumlamaq” dan f.is.

QURTUMLAMAQ (ID - 26511)

f. Qurtum-qurtum, yaxud bir-birinin dalınca içmək.

QURU1 (ID - 26512)

sif. 1. Yaş olmayan, islanmamış. Quru paltar. Quru dəsmal. // Qurudulmuş. Quru meyvə. Quru balıq. - Mahmud.. quru ot-ələf yığılmış çardağın altına girdi. Ə.Əbülhəsən. // Qurumuş, ölgünləşmiş, həyat şirəsindən məhrum olmuş....

QURU2 (ID - 26513)

is. Torpaq, qitə, yer (dəniz, su müqabili). Quruya çıxmaq. Quruda yaşayanlar. Quruda və dənizdə. Quru qüvvələri. Avropanın sahəsi bütün qurunun ancaq on beşdə bir hissəsini təşkil edir. - ..Biz cəldsudan çıxdıqda ilan da üstümüzə...

QURUCA (ID - 26514)

sif. Çox quru, yaxud bir az quru. Qara kişi .. bir-iki addım da geri çəkildi, yerə baxmaqda davam edərək, quruca cavab verdi. Ə.Əbülhəsən.

QURUCU (ID - 26515)

1. is. Quran, tikən, bina edən, yaradan, təsis edən; müəssis.
2. sif. Yaradıcı. Uşağı mübariz və qurucu həyata hazırlamaq lazımdır. S.Rəhimov.

QURUCULUQ (ID - 26516)

is. 1. Qurma, tikmə, bina etmə, yaratma, təşkil etmə, təsis etmə işi; yaradıcılıq. Ölkə müharibəni qurtardıqdan sonra, dinc quruculuq yoluna keçməyə başladı. Atom enerjisi dinc quruculuq məqsədləri üçün istifadə olunmuşdur.
2....

QURU-ÇÜRÜK (ID - 26517)

is. Tullantı, yaramaz, lazımsız şeylər.

QURUDAN (ID - 26518)

is. Mürəkkəbi qurutmağa məxsus kağız, yaxud alət.

QURUDUCU (ID - 26519)

1. sif. Bir şeyi qurutmaq üçün işlənən. Quruducu cihazlar. Bitkilər quruducu şkaflarda qurudulur. - ..Xüsusi quruducu sex yaradılmışdır ki, burada yüksək keyfiyyətli zəfəran telləri qurudulur. İ.Axundzadə. // İs. mənasında. Dərman...

QURUDULMA (ID - 26520)

“Qurudulmaq” dan f.is. Yabanı dərman bitkilərinin toplanması və qurudulması.

QURUDULMAQ (ID - 26521)

məch. 1. Quru hala salınmaq; rütubəti, nəmliyi, suyu çəkilmək. Paltarlar yaxşı qurudulmamışdır. Meyvələrin bir qismi qurudulmuşdur.
2. məc. dan. Tamam içilmək, dibinədək içilmək. Bütün stəkanlar quruduldu.

QURUDULMUŞ (ID - 26522)

f.sif. Quru hala salınmış. Qurudulmuş meyvə.

QURULAMA (ID - 26523)

“Qurulamaq” dan f.is.

QURULAMAQ (ID - 26524)

f. Yaş və islaq bir şeyi dəsmal və s. ilə silib quru hala gətirmək, yaşlığını rəf etmək; qurutmaq. Bədənini qurulamaq. Başını qurulamaq. - Zöhrə suya çəkməkdə olduğu paltarı sərib qurtardı, əlini quruladı. Ə.Vəliyev.

QURULANMA (ID - 26525)

“Qurulanmaq” dan f.is.

QURULANMAQ (ID - 26526)

qayıd. İslanmış, yaxud tərli bədənini dəsmal və s. ilə silib quru etmək. Dəsmalla qurulanmaq. - ..Heç biri cürət edib .. [Qazanxana] yaxın obaların birində düşüb həm qızınıb qurulanmağı, həm də kömək üçün adam toplamağı...

QURULATMA (ID - 26527)

“Qurulatmaq” dan f.is.

QURULATMAQ (ID - 26528)

“Qurulamaq” dan icb. Uşağı çimdirdikdən sonra qurulatmalı.

QURULAYAN (ID - 26529)

is. 1. Bax qurudan.
2. Bədəni qurulamaq üçün böyük dəsmal və s.

QURULDAMA (ID - 26530)

is. 1. “Quruldamaq” dan f.is. Qurbağaların çıxardığı səs. Qurbağaların quruldamasından qulaqlarımız dəng oldu.

QURULDAMAQ (ID - 26531)

f. Qur-qur etmək. Qurbağalar gölməçələrdə quruldayır. - [Mehmanxanaçı] müfəttişə yemək də vermir və biçarənin aclıqdan qarnı quruldayır. F.Köçərli.

QURULDAŞMA (ID - 26532)

“Quruldaşmaq” dan f.is.

QURULDAŞMAQ (ID - 26533)

qarş. Hamısı birdən quruldamaq, səs-səsə verib quruldamaq. Qurbağalar göldə quruldaşır.

QURULDATMA (ID - 26534)

“Quruldatmaq” dan f.is.

QURULDATMAQ (ID - 26535)

“Quruldama” dan icb.

QURULMA (ID - 26536)

“Qurulmaq” dan f.is.

QURULMAQ (ID - 26537)

məch. 1. Yaradılmaq, təşkil edilmək, meydana gətirilmək. - [Almaz:] Bu gözəl çəmənləri, çiçəkləri, bu sərin suları, bu yeni qurulan aləmi qoyub ölmək olar? C.Cabbarlı. // Tikilmək, bina edilmək, inşa edilmək, təsis edilmək....

QURULTAY (ID - 26538)

is. Hər hansı bir təşkilat və ya ixtisas nümayəndələrinin ictimai-siyasi, yaxud elmi xarakter daşıyan geniş yığıncağı. Həmkarlar ittifiaqları qurultayı. Müəllimlər qurultayı. Sənaye işçilərinin qurultayı.

QURULTU (ID - 26539)

is. 1. Qarında, bağırsaqlarda əmələ gələn qur-qur səsi. Qurbağaların çıxardığı qur-qur səsi. Nəhrin sahillərindəki qurbağaların qurultusu yekrəng və həzin bir ahəng ilə bu xamuşluğu pozurdu. H.Nəzərli.

QURULU (ID - 26540)

sif. Qurulmuş, tərtib edilmiş, təşkil edilmiş, düzəldilmiş, hazır. Qurulu ev. Qurulu süfrə. - Amma rəhmətlik mənim dədəm bir qurulu ev, bir də bu mal-qaranın birinci damazlığını verdi. S.Rəhimov.

QURULUQ (ID - 26541)

is. 1. Quru, yaxud qurumuş şeyin halı. Paltarın quruluğu. Meyvənin quruluğu. Havanın quruluğu. - O, köksündə nə isə tənglik, bundan başqa boğazında da bir quruluq hiss edirdi. Ə.Əbülhəsən.
Arıqlıq, cansızlıq, ətsizlik, zəiflik.
məc....

QURULUŞ (ID - 26542)

is. 1. İctimai, dövlət sistem üsulu, idarə üsulu. Quldarlıq quruluşu. Feodalizm quruluşu. Kapitalizm quruluşu. Demokratik quruluş. Ictimai quruluş.
Üsul, sistem.
Bir şeyin qurulma üsulu, təşəkkül forması, düzəliş qaydası,...

QURULUŞÇU (ID - 26543)

is. Teatr tamaşasının və ya kino filminin tərtibatına, qoyuluşuna rəhbərlik edən adam, rejissor; tərtibatçı.

QURULUŞMAQ (ID - 26544)

f. məh. Bardaşını qurmaq. Ocaqqulu koxaya yer düzəltdi, koxa quruluşub oturdu. S.Rəhimov.

QURUM1 (ID - 26545)

is. Qurmaq işi, quruluş.

QURUM2 (ID - 26546)

is. 1. Sobaların, bacaların iç divarlarına yapışan, tüstüdən əmələ gələn qatranaoxşar kəsif maddə; his, duda, tüstü qarası. Buxarı qurum oldu; Yandıqca qurum oldu; Hamının bir dərdi var; Mənə çox zülüm oldu. (Bayatı). Iki...

QURUMA (ID - 26547)

“Qurumaq” dan f.is.

QURUMAQ (ID - 26548)

f. 1. Yaşlığı, islaqlığı, rütubəti, nəmliyi yox olmaq, quru hala düşmək. Sərilmiş paltarlar qurudu. Istidən dodaqlarım quruyur. - Qurban bildi ki, ləyəndəki kəc quruyub zay olub.. C.Məmmədquluzadə. [Səriyyə xala] bağırmaq və...

QURUMLAMA (ID - 26549)

“Qurumlamaq” dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed