QANMA (ID - 23350)"Qanmaq” dan f.is.
|
QANMAQ (ID - 23351)f. Anlamaq, başa düşmək. [Şahbaz bəv:] Əmi, qanmıram ki, siz necə Parij əhlinin adət və xəvasından xəbərdarsınız? M.F.Axundzadə. [Səfdərqulu:] Vallah, mən bilmirəm sən məndən nə istəyirsən, qana bilmirəm, nə qədər fikir...
|
QANMAZ (ID - 23352)sif. Anlamaz, anlaqsız, düşüncəsiz, qanacaqsız; ədəbsiz, tərbiyəsiz. ..Bir para qanmaz adamlar gedib özgəsinin yaxasından yapışar, o da gəlib sizin yaxanızdan yapışar, siz də mənim, mən də sizin, axırda qalmaqal çıxar. “Mol....
|
QANMAZCASINA (ID - 23353)zərf Ədəbsizcəsinə, heyvancasına.
|
QANMAZLIQ (ID - 23354)is. Anlamazlıq, düşüncəsizlik, qanacaqsızlıq, tərbiyəsizlik. [Kosaoğlu:] Özünü niyə qanmazlığa qoyursan? Səni əsgərlikdən saxladım, kolxozun yerini verdim, bostan əkdin. I.Şıxlı.
|
QANOTU (ID - 23355)is. bot. Nəm yerlərdə, su kənarlarında, əkinlərin arasında və zibilli yerlərdə bitən birillik bitki.
|
QANOV (ID - 23356)[rus.] Arx. Qarlar əridikcə əmələ gələn sular qanovlara gedə bilmir, yolun ortasında qalırdı. Ə.Əbülhəsən.
|
QANOVUZ (ID - 23357)is. [fars.] Əksərən al-əlvan olan zərif ipək parça. // Bu parçadan tikilmiş. Qanovuz köynək. Qanovuz yorğan. - Su götürdüm hovuzdan; Seçilmərəm tovuzdan; Mənə bir xəbər deyin; Köynəyi qanovuzdan. (Bayatı). [Gülyaz] anasının...
|
QANOVUZU (ID - 23358)sif. Tünd, pürrəng. Şamama dəmdə olan ağ samovardan, qədimlərdə deyildiyi kimi, qanovuzu bir çay töküb gilənar mürəbbəsi ilə mənim qabağıma qoyur. İ.Əfəndiyev.
|
QANRILMAQ (ID - 23359)f. Çevrilmək, dönmək, üzünü çevirmək. Fərhad arabir qanrılıb geri baxır və döyüşçülərin nə cür gəldiyini yoxlayırdı. Ə.Vəliyev. Molla qanrılıb baxdı. O, əli şahinli xanın gəldiyini görüb, yola tərəf çevrildi. S.Rəhimov....
|
QANSIZ (ID - 23360)1. sif. Qanı az olan, zəif, cansız. // Qanı qaçmış, rəngi qaçmış, solğun. Qansız dodaqları tərpəndisə də, səs gəlmədi. Çəmənzəminli.
zərf Qan tökülmədən, qurban verilmədən. [Zeynəb:] Azadlıq qansız və qurbansız... |
QANSIZLAŞDIRILMA (ID - 23361)“Qansızlaşdırılmaq” dan f.is.
|
QANSIZLAŞDIRILMAQ (ID - 23362)məch. Qanı azaldılmaq, qansız hala salınmaq.
|
QANSIZLAŞDIRMA (ID - 23363)“Qansızlaşdırmaq” dan f.is.
|
QANSIZLAŞDIRMAQ (ID - 23364)f. Qanını azaltmaq, qansız bir hala gətirmək; yeməyini azaltmaq və ya çox yormaq nəticəsində zəiflətmək.
|
QANSIZLAŞMA (ID - 23365)“Qansızlaşmaq” dan f.is.
|
QANSIZLAŞMAQ (ID - 23366)f. Qanı azalmaq, qansız bir hala gəlmək, yeməmək və ya yorğunluq nəticəsində qansız olmaq, zəifləşmək. // Ağarmaq, solmaq, qırmızılığını itirmək. Dodaqları qansızlaşmaq.
|
QANSIZLIQ (ID - 23367)is. 1. Qanı azalma, qan azlığı; qanda qırmızı kürəciklərin azlığı nəticəsində əmələ gələn hal. İgid bir vəqt qansızlara qan verər; Bir vəqt özü qansızlıqdan can verər. Şəhriyar.
2. məc. Rəhmsizlik, insafsızlıq,... |
QANSORAN (ID - 23368)is. və sif. Özgələrin hesabına yaşayan; istismarçı; zalım, qaniçən. Mənim azadlığım qansoranların; Cındır maskasını yırtmaq üçündür! X.Rza.
|
QANTAR (ID - 23369)is. köhn. 1. Bax qapan1.
2. Qədimdə işlənmiş ölçü vahidi. |
QANTARÇI (ID - 23370)is. köhn. b a x qapançı.
|
QANTARÇILIQ (ID - 23371)is. köhn. bax qapançılıq.
|
QANTARĞA (ID - 23372)is. Yüyənin, atın ağzına keçirdilən qoşa dəmir hissəsi, cilovu. Dəliqanlılar dəstəsindən ayrılıb gələn bir nəfər Sadığa yanaşdı, atının qantarğasından tutdu. M.Hüseyn.
|
QANTARĞALAMA (ID - 23373)“Qantarğalamaq” dan f.is.
|
QANTARĞALAMAQ (ID - 23374)f. 1. Atın ağzına yüyən vurmaq, yüyənləmək.
məc. Qabağını almaq, cilovlamaq. Sən də ey.. Azğın suları qantarğalayan, dur! Dayan! R.Rza. |
QANTARĞALANMA (ID - 23375)“Qantarğalanmaq” dan f.is.
|
QANTARĞALANMAQ (ID - 23376)məch. Yüyən vurulmaq, yüyənlənmək, cilovlanmaq.
|
QANTARĞALATMAQ (ID - 23377)icb. Yüyənlətmək, yüyən vurdurmaq, cilovlatmaq.
|
QANTARĞALI (ID - 23378)sif. Ağzı yüyənli, yüyənlənmiş, cilovlu.
|
QANTARĞASIZ (ID - 23379)sif. Ağzı yüyənsiz, yüyənlənməmiş, cilovsuz.
|
QANTƏPƏR (ID - 23380)is. bot. Xalq təbabətində işlənən ağ çiçəkli dağ bitkisi. Kəndin qarıları Qəhrəmana qantəpər deyilən çiçəyin çayını içirdilər. S.Rəhimov.
|
QAN-TƏR (ID - 23381)is. Çox ağır, əziyyətli, yorucu, gərgin iş nəticəsində bərk tərləmə. Su gəlir lülə-lülə; Yar gəlir gülə-gülə; Əlində güllü dəsmal; Qan-tərin silə-silə. (Bayatı). □ Qantər içində - zəhmətlə, məşəqqətlə, çox...
|
QANTÖKƏN (ID - 23382)is. Qatil, adam öldürən, cani. [Odabaşı:] Hər bir cani, qantökən, yolkəsən ki divan əlindən qaçıb onun [Əhməd ağanın] evinə girməyi.. özünə mümkün elərdi, daha hər bir divan siyasətindən özünü [azad] hesab edərdi. Ə.Haqverdiyev....
|
QANUN1 (ID - 23383)is. [ər. əsli yun.] 1. İctimai və hüquqi münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün dövlət tərəfindən müəyyən edilən qərar, nizamnamə. Seçki qanunu. Əmək haqqında qanunlar. Cəza qanunu. Qanun üzrə hərəkət...
|
QANUN2 (ID - 23384)is. [ər.] Yaxın və Orta Şərq ölkələrində geniş yayılmış uzunsov dördbucaq taxta üzərində gərilmiş simlərdən ibarət musiqi aləti.
|
QANUNAUYĞUN (ID - 23385)sif. Qanuna müvafiq, qanun ilə düz gələn; təsadüfi deyil, obyektiv qanun üzrə əmələ gələn, qanuna tabe olan. Qanunauyğun hərəkət. Hadisələrin qanunauyğun (z.) inkişaf etməsi.
|
QANUNAUYĞUNLUQ (ID - 23386)is. Hadisələr arasında mövcud olan zəruri əlaqə, obyektiv qanunlardan asılılıq. Hadisələrin qanunauyğunluğu. Inkişafın qanunauyğunluqları.
|
QANUNÇU (ID - 23387)is. bax qanunşünas.
|
QANUNÇULUQ (ID - 23388)is. 1.Bax qanunşünaslıq.
2. B ax qanuniyyət 2-ci mənada. |
QANUNƏN (ID - 23389)zərf [ər.] Qanuna uyğun olaraq, qanun üzrə, qanuna görə. Qanunən rəftar etmək. Qanunən düz deyil. - Şərqi öyrətmək qanun mucibincə lazım olduğunu bütün müəllimlər bilir. Hərçənd ki, qanunən şərqi müəllimi mütəxəssisi...
|
QANUNİ (ID - 23390)sif. [ər.] Qanuna müvafiq, qanuna uyğun, qanuna əsaslanan, qanunun yol verdiyi. Qanuni rəftar. Qanuni hərəkət. Qanuni iş. Qanuni tələb.
|
QANUNİLƏŞDİRİLMƏ (ID - 23391)“Qanuniləşdirilmək” dən f.is.
|
QANUNİLƏŞDİRİLMƏK (ID - 23392)məch. Qanuna uyğunlaşdırılmaq, qanuna müvafiq bir hala salınmaq, qanuni şəklə salınmaq, qanuni qüvvə verilmək.
|
QANUNİLƏŞDİRMƏ (ID - 23393)“Qanuniləşdirmək” dən f.is.
|
QANUNİLƏŞDİRMƏK (ID - 23394)f. Qanuna uyğun bir hala salmaq, qanuni şəklə salmaq, qanun qüvvəsi vermək.
|
QANUNİLİK (ID - 23395)is. Qanuna uyğunluq, qanuna müvafiqlik. Məhkəmə hökmünün qanuniliyi.
|
QANUNİYYƏT (ID - 23396)is. [ər.] 1. Qanunilik, qanuna uyğunluq, qanuni olma.
Ictimai həyat və fəaliyyətin qanunlarla təmin olunduğu vəziyyət. |
QANUN-QAYDA (ID - 23397)bax qayda-qanun. Dəyişir sonunu hər şey, diqqət et; Dəyişir adətlər, qanun-qaydalar. B.Vahabzadə.
|
QANUNLAŞDIRILMA (ID - 23398)“Qanunlaşdırılmaq” dan f.is.
|
QANUNLAŞDIRILMAQ (ID - 23399)bax qanuniləşdirilmək.
|
Bu səhifə dəfə baxılıb