QRİMLƏMƏK (ID - 26150)f. Qrim vasitəsilə üzünə lazımi surət vermək. Artistləri qrimləmək.
|
QRİMLƏNMƏ (ID - 26151)“Qrimlənmək” dən f.is.
|
QRİMLƏNMƏK (ID - 26152)qayıd. Üzünə qrim vurmaq. Artist güzgünün qabağında oturub qrimlənir.
|
QRİMLƏNMİŞ (ID - 26153)f.sif. Üzünə qrim vurmuş. Qrimlənmiş artistlər.
|
QRİMLƏTMƏK (ID - 26154)icb. Qrim vurdurmaq.
|
QRİMLİ (ID - 26155)sif. Üzündə qrim olan, üzünə qrim vurmuş.
|
QRİP (ID - 26156)[fr.] tib. Nəfəs yollarının iltihabı, qol və qıçların ağrıması, əzginlik və s. şəklində təzahür edən çox yoluxucu xəstəlik. Qrip ilə mübarizə.
|
QRİPLİ (ID - 26157)sif. və is. Qrip xəstəliyinə tutulmuş (adam).
|
QROSSMEYSTER (ID - 26158)[alm.] Şahmat ustalarına verilən yüksək ad və bu adı almış şahmatçı.
|
QROSSMEYSTERLİK (ID - 26159)is. şahm. Qrossmeyster adı.
|
QRUP (ID - 26160)is. [alm.] 1. Bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Bir qrup adam. // Bir neçə adamın qrafik təsviri, yaxud birgə fotoşəkli. Qrup ilə şəkil çəkdirmək.
Siyasi görüşləri, məqsədləri, peşələri... |
QRUPBAZ (ID - 26161)is. [alm. qrup və fars. ...baz] Qrupbazlıqla məşğul olan adam; dəstəbaz.
|
QRUPBAZLIQ (ID - 26162)is. Ümumi mənafe ziddinə olaraq məhdud bir qrupun mənafeyini müdafiə etmə; hər hansı bir kollektivin işində vəhdət olmaması, dəstələrə ayrılma; dəstəbazlıq.
|
QRUPCUQ (ID - 26163)is. Kiçik qrup, balaca qrup, balaca dəstə.
|
QRUPLAŞDIRILMA (ID - 26164)“Qruplaşdırılmaq” dan f.is.
|
QRUPLAŞDIRILMAQ (ID - 26165)məch. Qrup-qrup düzəldilmək, qruplar şəklində birləşdirilmək, dəstə-dəstə edilmək; təsnif edilmək.
|
QRUPLAŞDIRILMIŞ (ID - 26166)f.sif. Qrup-qrup düzəldilmiş, qruplar şəklində birləşdirilmiş, dəstə-dəstə edilmiş; təsnif edilmiş.
|
QRUPLAŞDIRMA (ID - 26167)"Qruplaşdırmaq” dan f.is.
|
QRUPLAŞDIRMAQ (ID - 26168)f Qrup(lar) halında birləşdirmək, qrup-qrup düzmək, yerləşdirmək; dəstələmək, dəstə-dəstə etmək; təsnif etmək.
|
QRUPLAŞMA (ID - 26169)1. “Qruplaşmaq” dan f.is. Mütləqiyyətin yıxılması ilə əlaqədar olaraq, Şehli kəndində qruplaşmalar gedirdi. S.Rəhimov.
2. B ax qrup 2-ci mənada. |
QRUPLAŞMAQ (ID - 26170)f. Qrup-qrup olmaq, dəstədəstə olmaq, qruplar şəklində birləşmək, toplaşmaq. Hər tərəfdə atlı və piyada qoşun dəstələri dolaşır, hər tində qruplaşmış jandarm və polis dəstələri gəzirdi. M.S.Ordubadi.
|
QU, QU QUŞU (ID - 26171)is. 1. Ördək fəsiləsinə mənsub ağ (nadir hallarda qara) yumşaq tüklü, uzun boyunlu, gözəl iri su quşu; sona. Qara qu. - Qeyr ilə yarım gedir, gərdən çəkib bir qu kimi; Qalmışam viranələr küncündə mən bayqu kimi. S.Ə.Şirvani.
2.... |
QUAŞ (ID - 26172)is. [fr.] 1. Qeyri-şəffaf sulu rəng.
2. Həmin rəng ilə çəkilən şəkil. |
QUBA, QUBA-QAZ (ID - 26173)is. şair. Vəhşi qaz. Sona tək silkinib gərdən çəkəndə; Bənzəyirsən quba-qaza, Müşkünaz! Aşıq Ələsgər. Göllər üstə seyrə çıxmış sonalar; Qatarlaşıb quba-qaz gəlib gedir. Çoban Əfqan. Bir qıy vurram, göydən gedən quba-qazlar...
|
QUBAR (ID - 26174)is. [ər.] 1. klas. Toz, torpaq.
2. məc. Kədər, dərd, qəm, qüssə. Getdi o köhnə qubari ki, gözümdə var idi. Heyran xanım. Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar. C.Cabbarlı. Keçər ürək dərdi, könül... |
QUBARLANMA (ID - 26175)“Qubarlanmaq” dan f.is.
|
QUBARLANMAQ (ID - 26176)f. Son dərəcə kədərlənmək, qəmlənmək, qüssələnmək. Onun əlindən ürəyim qubarlandı.
|
QUBARLATMA (ID - 26177)“Qubarlatmaq” dan f.is.
|
QUBARLATMAQ (ID - 26178)icb. Son dərəcə kədərləndirmək, qəmləndirmək, qüssələndirmək.
|
QUBARLI (ID - 26179)sif. Dərdli, kədərli, qəmli, ürəyi dərdli. Dərdli, qubarlı aşıq; Gəlib görünür yenə. M.Rahim.
|
QUBERNAT (ID - 26180)“Qubernator” sözünün vaxtı ilə canlı danışıq dilində işlənmiş forması. Ərzə verdim keçən qubernatə; Keçmədi, heyf, ərzə isbatə. S.Ə.Şirvani. ..Əgər sizə bir milyon da pul verələr, ya qubernat siz ilə əl-ələ versə,...
|
QUBERNATOR (ID - 26181)[lat.] tar. 1. 1917-ci il inqilabından əvvəl Rusiyada quberniya (vilayət) rəisi; vali. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd...
|
QUBERNATORLUQ (ID - 26182)is. tar. 1. Qubemator (vali) vəzifəsi.
2. Qubernatorun (valinin) idarəsi altında olan vilayət. |
QUBERNİYA (ID - 26183)[lat.] Çar Rusiyasında və rayonlaşmadan qabaq SSRİ-də əsas inzibati-ərazi vahidi; vilayət. ..Bunu biz bilirik ki, Gəncə quberniyasının aclarından ötrü keçən il Bakıda ianə cəmiyyəti quruldu. C.Məmmədquluzadə.
|
QUCAQ (ID - 26184)is. 1. Qolları açdıqda döş ilə qollar arasında əmələ gələn boşluq. Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı.. M.Hüseyn. Qaraca çoban yaralı qardaşını qucağına alıb tayaya...
|
QUCAQLAMA (ID - 26185)“Qucaqlamaq” dan f.is.
|
QUCAQLAMAQ (ID - 26186)f. 1. Nəvaziş və mehribanlıq əlaməti olaraq birini qolları arasına alıb döşünə basmaq, ağuşuna almaq. Ana uşağını qucaqladı. - Məcid .. [Nadirin] bu cür tutulduğunu görüb ayağa qalxdı və uca səslə qarşılayaraq qucaqlayıb...
|
QUCAQLANMA (ID - 26187)“Qucaqlanmaq” dan f.is.
|
QUCAQLANMAQ (ID - 26188)məch. 1. Qollar arasına alınmaq, ağuşa alınmaq.
2. məc. Əhatə olunmaq, dövrələnmək. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq uçurumlu dərələrlə qucaqlanmışdı. A.Şaiq. |
QUCAQLAŞMA (ID - 26189)“Qucaqlaşmaq” dan f.is.
|
QUCAQLAŞMAQ (ID - 26190)qarş. 1. Bir-birini qucaqlamaq, bir-birinə sarılmaq, bir-birini bağrına basmaq; qol-boyun olmaq. İki qardaş bir-birini görüncə qucaqlaşdılar. - İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Məscidin içində...
|
QUCMA (ID - 26191)“Qucmaq” dan f.is.
|
QUCMAQ (ID - 26192)bax qucaqlamaq. Yalançı nəfsə uymuşsan, qucursan dünyanı nədir? Nəsimi. Nola mən divanə qucsam sən pərini hər gecə. Kişvəri. Döndüm əğyar əlindən; Can qurtardım felindən; Qızıl kəmər olaydım; Qucaydım yar belindən. (Bayatı)....
|
QUCU (ID - 26193)uş. dil. Balaca uşaqları qucağa çağırarkən deyilən söz. Gəl qucuma!
|
QUCULMAQ (ID - 26194)b a x qucaqlanmaq.
|
QUCUM (ID - 26195)is. xüs. Bir şeyin dairəsinin ölçüsü, uzunluğu. ..At fermalarında yetişdirilmiş və cıdır sınaqlarından keçmiş Qarabağ tipli 13 baş ayğırın orta hesabla .. döş qucumu 157 sm-dir. Səttarzadə. Dayçaların inkişafı onları qapanda...
|
QUCUMAQ (ID - 26196)bax qucaqlamaq.
|
QUDA (ID - 26197)is. Gəlin ilə oğlanın ata-analarının bir-birinə olan qohumluq münasibəti. İki quda ötə-bəridən məhəbbətlə danışdılar. Şaiq. Gəlin qayınananın xoşuna gələrdi. Qayınana qudaları qonaq edərdi. H.Sarabski. Quda olmaq - b a x...
|
QUDALAŞMA (ID - 26198)“Qudalaşmaq” dan f.is.
|
QUDALAŞMAQ (ID - 26199)f. Bir-birinə quda olmaq; qız almaq və ya qız verməklə biri ilə qohum olmaq.
|
Bu səhifə dəfə baxılıb