.....i_l_by_id_with_comments QU, QU QUŞU sözünün izahı / QU, QU QUŞU sözünün mənası

İzahlı lüğət

QU, QU QUŞU

is. 1. Ördək fəsiləsinə mənsub ağ (nadir hallarda qara) yumşaq tüklü, uzun boyunlu, gözəl iri su quşu; sona. Qara qu. - Qeyr ilə yarım gedir, gərdən çəkib bir qu kimi; Qalmışam viranələr küncündə mən bayqu kimi. S.Ə.Şirvani.
2. Qu tükündən hazırlanmış. Qu balış. Nuşu iki qu balışı, sabun köpüyü kimi şişirdib, çarpayının ortasına qoydu. Ə.Əbülhəsən. Yasavulbaşının altındakı döşək, dirsəkləndiyi balış .. zərif qu tükündən idisə də, o yenə dincələ bilmirdi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....