
QUCMAQbax qucaqlamaq. Yalançı nəfsə uymuşsan, qucursan dünyanı nədir? Nəsimi. Nola mən divanə qucsam sən pərini hər gecə. Kişvəri. Döndüm əğyar əlindən; Can qurtardım felindən; Qızıl kəmər olaydım; Qucaydım yar belindən. (Bayatı). Dizlərimi qucub tənha əyləşmək çoxdan adətimdir. N.Vəzirov. // Dövrələmək, əhatə etmək. İnsanı kainat qucdu. A.Divanbəyoğlu. Sarban kəndinin belini iki tərəfdən qucmuş Laçın dağından sazaq başlamışdı. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|