İzahlı lüğət

QOVDURMAQ (ID - 26000)

“Qovmaq” dan icb.

QOVDURULMAQ (ID - 26001)

“Qovdurmaq” dan məch.

QOVĞA (ID - 26002)

is. 1. Gurultu, patıltı, çaxnaşma. ..Əsədin bütün kəndə qovğa saldığına və bununla bərabər öz günahını yenə də düşünməməyinə acınıb [müəllim] dodaqlarını çeynəyərək, şəhadət barmağını ona tərəf silkələyib...

QOVĞAÇI (ID - 26003)

is. Qalmaqalçı, davakar. Həmişə dava salan adam.

QOVĞAÇILIQ (ID - 26004)

is. Qalmaqal, dava salmaq xasiyyəti.

QOVĞALI (ID - 26005)

sif. 1. Davalı, qalmaqallı, cəncəl, mübahisəli. Qovğalı iş. Qovğalı məsələ.
Bəlalı. Onun başı qovğalıdır.

QOVL (ID - 26006)

b a x qövl.

QOVLAMA (ID - 26007)

“Qovlamaq” dan f.is.

QOVLAMAQ (ID - 26008)

bax qovmaq. Bulaq üstə gələn arvad hər əlinə bir daş alıb, başladı Kərbəlayı Məhəmmədəlini qovlaya-qovlaya (z.) söyməyə. C.Məmmədquluzadə.

QOVLANMA (ID - 26009)

“Qovlanmaq” dan f.is.

QOVLANMAQ (ID - 26010)

bax qovulmaq.

QOVLUQ (ID - 26011)

is. İçərisinə kağız, kitab və s. qoymaq üçün qalın cildli məhfəzə; papka. Kağız qovluğu. - Mədəd iş qovluqlarından birisini açaraq nəzərdən .. keçirdi və qapayıb kənara qoydu. Ə.Vəliyev. Kapitan seyfi açıb oradan bir qovluq...

QOVM (ID - 26012)

QOVMA (ID - 26013)

“Qovmaq” dan f.is.

QOVMAQ (ID - 26014)

f. 1. Çıxıb getməyə, rədd olmağa məcbur etmək; çıxıb getməsini, rədd olmasını qaba surətdə əmr etmək. Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə. Kişi...

QOVOTU (ID - 26015)

is. bot. məh. Yamaclarda və çəmənlərdə bitən ot bitkisi.

QOVRAQ (ID - 26016)

b a x qıvraq.

QOVRAQLAŞMA (ID - 26017)

"Qovraqlaşmaq” dan f.is.

QOVRAQLAŞMAQ (ID - 26018)

b a x qıvraqlaşmaq.

QOVRAQLIQ (ID - 26019)

bax qıvraqlıq.

QOVRULMA (ID - 26020)

“Qovrulmaq” dan f.is.

QOVRULMAQ (ID - 26021)

f. 1. Susuz olaraq yalxı və ya yağda od üstündə bişib qızarmaq. [Xudayar bəy:] Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir. C.Məmmədquluzadə.
məc. Yanmaq. Gündə qovrulmaq. - ..Yaz ki, mən Əzim...

QOVRULMUŞ (ID - 26022)

sif. Od üstündə qızardılaraq bişirilmiş. Tavada qovrulmuş cücə. Qovrulmuş ət. Qovrulmuş günəbaxan toxumu. Qovrulmuş badam. - Hər məcməyinin içində bir nimçə plov, onun üstündə bir toyuq, toyuğun içində yağla qovrulmuş kişmiş,...

QOVRUMGÖZLÜ (ID - 26023)

sif. Gözləri qonur olan. [Nəsir] iri qovrumgözlü, buğdayı bənizli arıqca bir aran uşağı idi. H.Nəzərli.

QOVŞAQ (ID - 26024)

is. Bir neçə şeyin (rabitə xətlərinin, yolların, çayların, kanalların və s.-nin) qovuşduğu, birləşdiyi yer, nöqtə. Dəmiryol qovşağı. Radio-translyasiya qovşağı. Suelektrik qovşağı (elektrik stansiyaları, kanallar və s. məcmusundan...

QOVUQ (ID - 26025)

is. 1. İçi hava ilə dolu qabarcıq, köpürcək. Balıq arabir üzə çıxıb ağzından qovuqlar buraxır. - İki tənəffüslü balıqlar üzmə qovuqları vasitəsilə havada da tənəffüs edə bilirdi. M.Axundov.
İnsan və heyvan bədənində...

QOVUQCUQ (ID - 26026)

is. Kiçik qovuq, incə qovuq.

QOVUQLANMA (ID - 26027)

“Qovuqlanmaq” dan f.is.

QOVUQLANMAQ (ID - 26028)

f. Qovuqlar, qabarcıqlar əmələ gəlmək.

QOVUQLU (ID - 26029)

sif. Qovuğu olan.

QOVULMA (ID - 26030)

“Qovulmaq” dan f.is.

QOVULMAQ (ID - 26031)

“Qovmaq” dan məch. Evdən qovulmaq. İşdən qovulmaq. Mal-qara qovulub ağıla salındı. Ceyran xeyli qovulduqdan sonra vuruldu. - Vahidin institutdan qovulmaq xəbərini eşidəndə Rübabə bərk narahat oldu. Mir Cəlal.

QOVUN (ID - 26032)

is. Qabaq fəsiləsindən uzunsov, yaxud girdə şəkilli, şirin və ətirli bostan meyvəsi; yemiş. Bostançı qovun dərdi; Kal dərdi, qovun dərdi; Yığılın, qohum-qardaş; Üstümdən qovun dərdi. (Bayatı).

QOVUNAĞACI (ID - 26033)

is. bot. İsti ölkələrdə bitən bir ağac.

QOVURĞA (ID - 26034)

is. Qovrulmuş buğda, düyü, darı və s. dənələri. Qovurğa qarın doyurmaz. (Ata. sözü). Çaydanımız ərsin üstə qaynardı; Qovurğamız sac içində oynardı. Şəhriyar. Qovurğa kimi - çox quru şey haqqında.

QOVURMA (ID - 26035)

is. 1. “Qovurmaq” dan f.is.
2. Yağda qovrulmuş ətdən ibarət xörək. Odur, küpdə qovurma var, ocağı alışdırın, isidin, dağarcıqdan əppək alın, yeyin. M.Rzaquluzadə. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh...

QOVURMABOZBAŞ (ID - 26036)

is. aşp. Şirəsi çox olan qovurma.

QOVURMAÇI (ID - 26037)

is. köhn. Ümumiyyətlə, ət və xüsusilə içalat (qoyun içalatı) bişirib satan adam. [Övrət:] Qardaş, bihəyalıq edirəm, bağışla, on il bundan əqdəm məni bir qovurmaçıya ərə verdilər. N.Vəzirov. // sif. Qovurmaçılıqla məşğul...

QOVURMAÇILIQ (ID - 26038)

is. Qovurmaçı peşəsi, qovurmaçı sənəti.

QOVURMAÇİLOV (ID - 26039)

is. aşp. Xuruşu qovurma və qızarmış badımcan olan çilov növü.

QOVURMAQ (ID - 26040)

f. 1. Susuz olaraq yalxı və ya yağda bir şeyi od üzərində qabda qızartmaq, bişirmək. Əti yağda qovurmaq. Balığı tavada qovurmaq.
2. Yandırmaq. Gün lap adamı qovurur. // Məc. mənada. İri, rəngsiz dodaqlarını biixtiyar bir “ah”...

QOVURMALI (ID - 26041)

sif. Yanında qovurma olan, qovurma ilə bərabər yeyilən. Qovurmalı aş. Qovurmalı xingal.

QOVURMALIQ (ID - 26042)

sif. Qovurmaya, qovurma bişirməyə yarar. Qovurmalıq ət.

QOVURMAPLOV (ID - 26043)

is. aşp. Xuruşu qovurmadan ibarət olan plov.

QOVURTMAQ (ID - 26044)

“Qovurmaq” dan icb.

QOVUŞ (ID - 26045)

is. At qovma, at minib çapma. Qovuş meydanı.

QOVUŞDURMA (ID - 26046)

“Qovuşdurmaq” dan f.is.

QOVUŞDURMAQ1 (ID - 26047)

f. 1. Birləşdirmək, bitişdirmək. Çayın qollarını qovuşdurmaq. Firəngistanın və ingilisin dövlətli kəsləri iki icma bina ediblər ki, [La-Manşın] altında bir dəmiryol saldırıb, məzkur məmləkətləri qovuşdursunlar. “Əkinçi”...

QOVUŞDURMAQ2 (ID - 26048)

f. At çapmaq, yarışmaq.

QOVUŞDURUCU (ID - 26049)

sif. Bitişdirici, birləşdirici. Süxurların xüsusi çəkisi onların danələrinin mineraloji tərkibindən, quruluşundan, qovuşdurucu maddəsindən və s. asılıdır. Quliyev.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed