QIZILLATMAQ (ID - 25500)icb. Qızıla tutdurmaq, üstünə qızıl çəkdirmək və ya qızıl suyu verdirmək.
|
QIZILLI (ID - 25501)sif. Qızıl vurulmuş, qızıl ilə bəzənmiş. [Əminə] ..ətəyiqızıllı, qəşəngal faydan kofta geymiş, başına da heyratı kəlağayı örtmüşdü. Ə.Əbülhəsən.
|
QIZILLIQ (ID - 25502)is. 1. Qırmızılıq, qırmızı şeyin halı.
məc. dan. Utanmazlıq, həyasızlıq, heç bir şeydən çəkinməzlik. |
QIZILÖZƏK (ID - 25503)is. Qida borusunun xalq arasında adı.
|
QIZILPƏNCƏR (ID - 25504)is. bot. Yayda bitən, yeyilən bir bitki.
|
QIZILSAQQAL (ID - 25505)is. bot. Aran və dağlıq yerlərdə, yamaclarda, kolluqlarda bitən bitki (xalq arasında şotka və s. hazırlamaq üçün istifadə edilir).
|
QIZILSÖYÜD (ID - 25506)is. bot. Söyüd ağacının bir növü.
|
QIZILULDUZLU (ID - 25507)sif. Üzərində qırmızı ulduz nişanı olan. Qızılulduzlu təyyarə. Qızılulduzlu papaq. - Bu qızılulduzlu bayraq sənindir; Biliyə, zəkaya, əməyə hörmət! A.Şaiq.
|
QIZILYEL (ID - 25508)is. tib. Yoluxucu dəri xəstəliyi.
|
QIZILZANBAQ (ID - 25509)is. bot. Dağlıq yerlərdə bitən soğanaqlı bitki.
|
QIZINDIRMA (ID - 25510)"Qızındırmaq” dan f.is.
|
QIZINDIRMAQ (ID - 25511)f. Odda, istidə qızdırmaq, isindirmək, istiləndirmək.
|
QIZINMA (ID - 25512)“Qızınmaq’dan f.is.
|
QIZINMAQ1 (ID - 25513)qayıd. Odun və ya günəşin qabağında, yaxud bir şeyin istisində öz bədənini qızdırmaq, istiləndirmək; isinmək. [Onlar] xırda qruplara ayrılıb, günün istisində qızınır və söhbət edirdilər. M.S.Ordubadi. Mən istədim ki, sizdə...
|
QIZINMAQ2 (ID - 25514)bax qızmaq2. Bütün Təbrizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər də adam tanımıram. M.F.Axundzadə.
|
QIZIRĞALANMAQ (ID - 25515)bax qızırğa(n)maq.
|
QIZIRĞA(N)MAQ (ID - 25516)f. Müzayiqə etmək, əsirgəmək, heyfi gəlmək, xəsislik etmək, verməyə əli getməmək, bir şeyi başqasına çox görmək. Utanmırsan, 9 manatı qızırğanırsan, sənin yanında bizim doqquz manatlıq da xatirimiz yoxdur? C.Məmmədquluzadə....
|
QIZITMA (ID - 25517)“Qızıtmaq” dan f.is.
|
QIZITMAQ (ID - 25518)f. Qızdırmaq, istiləndirmək, isitmək. Soyuqdan donmuş bədənimi öz tələbə otağımın isti havasında qızıtmağa tələsirdim. T.Ş.Simurq.
|
QIZIŞDIRICI (ID - 25519)is. Təhrikçi, araqarışdıran. Müharibə qızışdırıcı - bax müharibə qızışdıran (“qızışdırmaq” da).
|
QIZIŞDIRICILIQ (ID - 25520)is. Təhrikçilik, araqarışdırıcılıq, ara qarışdırma.
|
QIZIŞDIRILMA (ID - 25521)"Qızışdırılmaq” dan f.is. Mübarizənin qızışdırılması. Mübahisənin qızışdırılması.
|
QIZIŞDIRILMAQ (ID - 25522)məch. 1. Alovu daha da şiddətləndirilmək; alovlandırılmaq.
Qızdırılmaq, isidilmək, istiləndirilmək. məc. Şiddətləndirilmək; qüvvəsi, şiddəti, gərginliyi və s. daha da artırılmaq. məc. Hirsləndirilmək, acıqlandırılmaq,... |
QIZIŞDIRMA (ID - 25523)"Qızışdırmaq” dan f.is.
|
QIZIŞDIRMAQ (ID - 25524)f. 1. Odun alovunu daha
da şiddətləndirmək; alovlandırmaq. Ocağı üfürüb qızışdırmaq. Uşaqlar tonqalı qızışdırdılar. Qızdırmaq, isitmək, istiləndirmək. Əllərimi oda tutub bir az qızışdırdım. - Qızışdırar bahar... |
QIZIŞQAN (ID - 25525)sif. Qudurğan, azğın, qızışmış.
|
QIZIŞQANLIQ (ID - 25526)is. Qudurğanlıq, azğınlıq, qızğınlıq.
|
QIZIŞMA (ID - 25527)"Qızışmaq” dan f.is.
|
QIZIŞMAQ (ID - 25528)f. 1. Qızmaq, istiləşmək, hərarətlənmək; canı qızmaq, bədənində xoş bir istilik hiss etmək, soyuqluğu rəf olmaq. Soyuqdan donmuş bədənim qızışdı. Havalar qızışmışdı. - Cəbiş danışmaqla öz-özünə sığınır, bədənini...
|
QIZIŞMIŞ (ID - 25529)bax qızmış. Qızışmış fayton atları dördnala çaparaq, şose yolunun daşlarından qığılcım qoparırdı. M.Hüseyn.
|
QIZQUŞU (ID - 25530)zool. bax qızlarquşu.
|
QIZLARAĞASI (ID - 25531)is. tar. Hökmdarın hərəmxanasına nəzarət edən saray xidmətçisi. Əndərun, birun, qısqanc xədimlər, sərt qızlarağası, qürbət... Bütün bunları düşündükcə Kiçikbəyimin ürəyi sıxılırdı. Çəmənzəminli.
|
QIZLARQUŞU (ID - 25532)is. zool. Sığırçın boyda kiçik, bel və qanadlarının tükləri yaşıl bir quş. Bizim aran yerlərində [arıların] birinci düşməni qızlarquşudur. Qızlarquşu köçəri quşdur, .. onlar dəstə ilə arı suya gedən yolu kəsib, onları...
|
QIZLIQ (ID - 25533)is. 1. Qadın cinsinin ərə gedincəyə qədər olan halı, qız olma dövrü. Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. M.S.Ordubadi. [Məsmə:] İndi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim...
|
QIZMA1 (ID - 25534)“Qızmaq1’dan f.is.
|
QIZMA2 (ID - 25535)“Qızmaq2” dan f.is.
|
QIZMAQ1 (ID - 25536)f. 1. Bərk istilik almaq, hərarət almaq, çox istilənmək, hərarəti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır. - Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq. ..Otağa cənub küləyinin ilıq şüaları...
|
QIZMAQ2 (ID - 25537)f. dan. İnanmaq, etibar etmək, bel bağlamaq, xatircəm olmaq, arxayın olmaq (çox vaxt “ürəyi” sözü ilə bərabər). Ona heç qızmaq olmur. - [Şəhrəbanı xanım:] De görüm, ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin...
|
QIZMAR (ID - 25538)sif. Çox qızğın, yandırıcı, qaynar. ..O, bu yırtıcı odların acıqlı qoynunda, mənasız cəhənnəmin qızmar dişlərində məhv olur. C.Cabbarlı. Şamama .. böyüyüb yaşa dolduqca çöl çiçəkləri kimi qızmar günəşin .. altında,...
|
QIZMARLIQ (ID - 25539)is. Qızmar şeyin halı; çox qızğınlıq, yandırıcılıq, qaynarlıq.
|
QIZMIŞ (ID - 25540)sif. 1. Od üstündə qalaraq yüksək hərarət almış, yandırıcı dərəcədə istilənmiş. Yaşıl qədəkdən uzun arxalıq geymiş, başına qırmızı sarıqlı sərpuş qoymuş bir sehrkar ocaqda qızmış ərsini dilinin üstünə basırdı....
|
QİBLƏ (ID - 25541)is. [ər.] 1. Namaz qılarkən müsəlmanların üzlərini çevirdikləri tərəf (Məkkədə müqəddəs sayılan Kəbə adlı binanın səmti). Burada axund molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. C.Məmmədquluzadə.
2. Cənub,... |
QİBLƏGAH (ID - 25542)is. [ər. qiblə və fars. ...gah]
din. Qiblə yeri, qiblə tərəfi (bax qiblə ci mənada). Keçmişdə padşahlara verilən ünvanlardan biri. Əsrin padşahını, əhalinin yüz illərcə ölüsünün və dirisinin sahibi və qibləgahı... |
QİBLƏNÜMA (ID - 25543)is. [ər. qiblə və fars. ...nüma] Kompasın köhnə adı. O zamanlar hələ yoxmuş qiblənüma; Bilən yoxmuş elmin böyük qüdrətini. S.Vurğun.
|
QİBT (ID - 25544)is. [ər. ] Sonralar ərəblərlə qarışmış qədim Misir əhalisinin adı.
|
QİBTƏ1 (ID - 25545)is. [ər.] Başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzulama, bunların həsrətini çəkmə. Cəmil Tahiri tanıdı və onun məharətinə qibtə...
|
QİBTƏ2 (ID - 25546)is. [ər.] Kompas, qibləni göstərən.
|
QİBTƏKEŞ (ID - 25547)sif. [ər. qibtə və fars. ...keş] Qibtə çəkən, qibtə edən.
|
QİBTİ (ID - 25548)is. [ər.] 1. Qibt qövmünə mənsub olan adam (b ax qibt).
2. Misirdən keçərək, Avropanın bəzi ölkələrinə yayılmış qaraçılara verilən ad. |
QİDA (ID - 25549)is. [ər.] 1. İnsan və heyvan orqanizminin və bitkilərin yaşaması üçün lazım olan bəsləyici maddələr, yeyilən və içilən şeylər. Qida maddələri. Insanın qidası. Sağlamlıq üçün lazım olan şərtlərdən biri də qidanın düzgün...
|
Bu səhifə dəfə baxılıb