
QIZMAQ1f. 1. Bərk istilik almaq, hərarət almaq, çox istilənmək, hərarəti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır. - Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq. ..Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qızırdı. Ə.Əbülhəsən.
məc. Hirslənmək, hiddətlənmək. ..Bakıya dönməyi israr və təkid edərkən rədd cavabı alınca [Əhməd] qızaraq: - Bilmirəm, bu nə ölümdür... - demişdi. A.Şaiq. Əşrəf, anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı. Mir Cəlal. məc. Qızışmaq, coşmaq. Çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir. Paylaşın - Hamı bilsin
|