QARDEROB (ID - 23650)[fr.] 1. Paltar şkafı. [Əbdüləli bəy:] Biz orasını ərz edirik ki, piano, qarderob kimi alət və əsbabi-qərbiyyə ilə çaxça və kasa kimi aləti-şərqiyyə bir-birinə taraz gəlmir. C.Cabbarlı.
2. İctimai binalarda üst paltarı saxlamaq... |
QARE (ID - 23651)is. [ər.] köhn. 1. Oxucu, mütaliəçi. Niyə bəs belə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir. Ey möhtərəm qarelərim, topladığım bu əşar; Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır....
|
QARƏT (ID - 23652)is. [ər.] Bir ölkəni, xalqı, camaatı soyma, var-yoxunu zorla əlindən alma; çapqın, çapovul, talan. Avarın qaniçən xanı Bayan, bulqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. A.Bakıxanov. Dəhşətli qarət davam...
|
QARƏTÇİ (ID - 23653)bax qarətgər. Çar jandarmeriyası və çar polisləri Bakı şəhərini qarətçilərə, quldurlara, adamöldürənlərə tapşırmışdı. M.S.Ordubadi.
|
QARƏTÇİLİK (ID - 23654)b ax qarətgərlik.
|
QARƏTGƏR (ID - 23655)is. [ər. qarət və fars. ...gər] Qarətlə məşğul olan adam; soyğunçu, çapovulçu, talançı, quldur. Məktəb dediyin qeydidilü bəndi-zəbandır; Qarətgəri-candır. M.Ə.Sabir.
|
QARƏTGƏRLİK (ID - 23656)is. Çapqınçılıq, soyğunçuluq, talançılıq, çapovçuluq, quldurluq.
|
QARGÜLLƏSİ (ID - 23657)is. Uşaqların qardan qayırdıqları top, yumru. Həvəsim yox məscidə getməyə, neynim, a bacı? Qoy gedim küçədə qargülləsi oynum, a bacı! M.Möcüz.
|
QARĞA (ID - 23658)is. Leş və böcəklərlə qidalanan iri, döşü boz qara quş. Qarğanın səsi çıxanda qar gələr. (Ata. sözü). Qarğaya güllə atırdım, gündə gəlib toyuqların cücələrini daşıyır. Ə.Haqverdiyev. □ Qarğa-quzğun kimi tökül(üş)mək...
|
QARĞAAYAĞI (ID - 23659)is. bot. Aran yerlərdə yayılmış yeyilən bir bitki.
|
QARĞABURNU (ID - 23660)is. 1. Qapını içəridən kilidləmək üçün qarmaq, ucuəyri dəmir.
tex. Dəmir və s.-ni əymək üçün xüsusi quruluşlu kəlbətin. |
QARĞABURUN (ID - 23661)sif. dan. Bumunun ucu qabağa uzanmış, biçimsiz bumu olan. [Hacı] sizin bildiyiniz qarğaburun, muncuqgöz, təkəcə saqqal hacılara bənzəməz. Qantəmir.
|
QARĞADİLİ (ID - 23662)is. dan. Yalnız bir neçə adam arasında anlaşılan uydurma şərti dil. // Heç kəsin anlamadığı dil. Mən ondan söz soruşuram, o mənə qarğadili danışır.
|
QARĞADUZU (ID - 23663)is. köhn. dan. Torpaq altında tapılan yarımşəffaf kristal maddə. ..Zikr olan şeylərdən savayı hər bir əkin yerində gərək qeyri daşlardan əmələ gələn şeylər olsun. Məsələn, qarğaduzu, xörəkdə işlətdiyimiz duz, kükürd,...
|
QARĞALIBAZAR (ID - 23664)is. dan. Çox səs-küv olan ver; bazar. □ Qarğalıbazar salmaq səs-küv salmaq, bazar açmaq. [Nəriman:] Nə qarğalıbazar salmısınız? İ.Əfəndivev.
|
QARĞAMAQ (ID - 23665)bax qarğımaq. Yeri, gözəl, yeri, sənə qarğamam; Ölənədək işin ahü zar olsun! Xəstə Qasım. [Əzim baba:] Mən elə hər zaman bu qırğını törədən mazarata qarğamışam, bu da havayı gedə bilməzdi. S.Rəhimov. Başmaqlarını sürüyə-sürüyə...
|
QARĞANMAQ (ID - 23666)f. Qarğınmaq. Aldılar yarı əlimdən; Qarğana-qarğana (z.) getdi. Aşıq Abbas.
|
QARĞAOTU (ID - 23667)is. bot. Dağlıq verlərdə bitən zəhərli bitki (ot).
|
QARĞASAQQIZI (ID - 23668)is. məh. Alça, qaysı və gavalı ağaclarının budaq və kötüklərindən sızan yapışqan maddə, şirə, kitrə.
|
QARĞASOĞANI (ID - 23669)is. məh. Çöldə və bağlarda bitən soğana bənzər yabanı bitki.
|
QARĞAŞA (ID - 23670)is. dan. Qalmaqal, dava, səsküv. [Dədə Qorqud:] Oğul, Qarçar, nə qarğaşa edərsən? “Kitabi-Dədə Qorqud” .
|
QARĞAŞALIQ (ID - 23671)is. Qarışıqlıq, hərc-mərclik; səs-küv, haray, çaxnaşma, araqarışma. İclasda qarğaşalıq daha da şiddətləndi. Mir Cəlal. □ Oarğaşalıq salmaq - qarışıqlıq salmaq, hərc-mərclik törətmək, çaxnaşma salmaq.
|
QARĞATMAQ (ID - 23672)bax qarğıtmaq. [Zibevdə:]
Sənin qərəzin budur ki, gedəsən Əziz bəyə, o əhli-zələmədən törəyənə, tamam ölülərimizin ruhunu özünə qarğadasan. M.F.Axundzadə. |
QARĞI (ID - 23673)is. bax qamış. [Buğac] yeddisəkkiz yaşlarında ikən özünə qoşa nar çubuğundan bir yay və qarğıdan oxlar qayırmışdı. M.Rzaquluzadə.
|
QARĞIDALI (ID - 23674)is. Noxuda oxşar veməli dənləri olan, uzunsov dənliyi iki-üç qat nazik və uzun yarpaqlarla örtülü bostan bitkisi. Qarğıdalı dənli bitkilər ailəsindəndir. Qarğıdalının tərkibində nişasta və yağ çoxdur. // Bu bitkinin dəni....
|
QARĞIDALIÇI (ID - 23675)is. k.t. Qarğıdalı becərməklə məşğul olan (adam).
|
QARĞIDALIÇILIQ (ID - 23676)is. k.t. Qarğıdalı vetişdirməklə, becərməklə məşğul olma.
|
QARĞIDALILIQ (ID - 23677)is. Qarğıdalı əkilmiş tarla, ver; qarğıdalı əkini. Burada yamyaşıl çəltik zəmilərinə, canlı və hündür qarğıdalılığa, iri yarpaqlı tütün kollarına baxdıqca baxmaq istəyirsən. M.İbrahimov.
|
QARĞILAMA (ID - 23678)“Qarğılamaq” dan f.is.
|
QARĞILAMAQ (ID - 23679)f. Bir şeyin üstünü qarğı ilə örtmək.
|
QARĞILANMA (ID - 23680)“Qarğılanmaq” dan f.is.
|
QARĞILANMAQ (ID - 23681)məch. Üstü qarğı ilə örtülmək (damın və s.-nin).
|
QARĞILATMA (ID - 23682)“Qarğılatmaq” dan f.is.
|
QARĞILATMAQ (ID - 23683)icb. Üstünü qarğı ilə örtdürmək.
|
QARĞILIQ (ID - 23684)is. Çoxlu qarğı bitən ver; qamışlıq.
|
QARĞIMA (ID - 23685)“Qarğımaq” dan f.is.
|
QARĞIMAQ (ID - 23686)f. Qarğış etmək, nifrin etmək. Züleyxa da hər gün ağlayır. Fərhadı qarğıyırdı, ki, nə üçün onları bu qədər bəlaya saldı. Cabbarlı. [Günəş] Arazı uzaqlara, Sibir çöllərinə sürgün edərlərsə, onsuz necə yaşaram? -...
|
QARĞIŞ (ID - 23687)is. Birisinin haqqında pis arzu, nifrin, bəddua. Gər mənə nifrin edər düşmən, mən ondan qəm yeməm; Kim münafiqdən gələn qarğış dua nisbətlidir. Xətavi. Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı, vurğudu,...
|
QARĞIŞLAMA (ID - 23688)“Qarğışlamaq” dan f.is.
|
QARĞIŞLAMAQ (ID - 23689)f. Qarğış etmək, qarğımaq. Kərimin anası oğlunu bu halda görcək, əhvalatdan xəbərdar olardı ki, Kərimi falaqqaya salmışlar və mollanı qarğışlamağa başlardı. H.Sarabski.
|
QARĞITMAQ (ID - 23690)icb. Qarğımağa, qarğış etməyə məcbur etmək; qarğımasına səbəb olmaq.
|
QARI (ID - 23691)is. 1. Qoca qadın, qoca arvad. Budur! Dünya görmüş o qarıya bax; Mənalı gözləri intizardadır. S.Vurğun. Ayna qarının qolundan tutaraq yanına çəkdi. Ə.Məmmədxanlı.
Arvad, zövcə. Qoca öz qarısı ilə kənddə yaşayırdı. -... |
QARIÇQAY (ID - 23692)is. zool. köhn. Sərçədən azca böyük boz rəngli tarla quşu; torağay. Xuyu məlaikə, özü pərinaz; Cilvəsi qarıçqay, cıqqası şahbaz. M.P.Vaqif.
|
QARIXDIRILMA (ID - 23693)“Qarıxdırılmaq” dan f.is.
|
QARIXDIRILMAQ (ID - 23694)məch. Çaşdırılmaq, özünü itirəcək bir hala salınmaq.
|
QARIXDIRMA (ID - 23695)“Qarıxdırmaq” dan f.is.
|
QARIXDIRMAQ (ID - 23696)f. Çaşdırmaq, özünü itirəcək bir hala salmaq. Həsən bəy deyir: - Camaat, nə xəbərdir? Xam uşaqdır, teatr görməyib, o yazıq hürkür, siz də onu lap qarıxdırırsınız. H.Sarabski.
|
QARIXMA (ID - 23697)“Qarıxmaq” dan f.is.
|
QARIXMAQ (ID - 23698)f. Çaşmaq, özünü itirmək. [Ağa Mərdan:] Yoxsa, əlbəttə, mürafiə məclisində qarıxarsan, dilin tutular.. M.F.Axundzadə. Ştirner bu haqlı təəssüfün qarşısında qarıxıb nə deyəcəyini bilmədi. Ə.Əbülhəsən.
|
QARILAŞMA (ID - 23699)“Qarılaşmaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb